“Yol dünynanın istənilən digər şəhər yolundan tam fərqlənəcək”2016-cı ildə keçiriləcək “Formula - 1” yarışları üçün Bakının yolları daha da cazibədar görünəcək. Bu barədə Formulanın əksər müasir yollarını layihələndirən German Tilke deyib.
qaynarxett.az “F1news.ru”ya istinadən xəbər verir ki, Tilke əmindir ki, həqiqətdə Azərbaycan paytaxtının küçələri üzrə olan dairəvi yolun sxemini tədqiq edəndə yol təsəvvür ediləndən daha çox cəlbedici görünəcək.
“Siz yolu üç ölçüdə görməlisiz, şəkillərdən bunu başa düşmək mümkün deyil. Yol köhnə şəhərə qalxır, sonra XIII əsrin qala divarları boyu davam edir. Bunun hamısı çox maraqlı olacaq. Bu, mövcud yollar üzrə müəyyən olunmuş tamamilə müvəqqəti yoldur.
Biz bütün hissələrdə deyik, bəzi hissələrdə üst örtüyü dəyişəcəyik. Yol çox sürətlidir, o, dünynanın istənilən digər şəhər yolundan tam fərqlənəcək. Yol Monako və ya Sinqapurdakı kimi deyil. Bu tamamilə xüsusi yol olacaq”.