backend

Azərbaycanda bəzi məhkəmə sədrləri və hakimlərin yeri dəyişdirilir

Azərbaycanın birinci və ikinci instansiya məhkəmələrində fəaliyyət göstərən bəzi hakimlərin yeri dəyişdirilir.
E-huquq.az verdiyi məlumata görə, məhkəmə hakimiyyətində aşağıdakı yerdəyişmələrin olacağı gözlənilir.
Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov - Bakı Apelyasiya Məhkəməsinə;
Gəncə Apelyasiya Məhkəməsinin hakimi Nuru Quliyev - Şəki Apelyasiya Məhkəməsinə;
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev - Sumqayıt Şəhər Məhkəməsinə;
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri Vəli Abdullayev - Şirvan Şəhər Məhkəməsinə;
Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə;
Şəki Apelyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov - Gəncə Apelyasiya Məhkəməsinə;
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov - Ali Məhkəməyə;
Bakı İnzibati Məhkəməsinin hakimi İlkin Rəcəbov - Ali Məhkəməyə təyin olunacaq.