backend

Fransa jurnalından növbəti qanlı addım - ŞOK AÇIQLAMA

Fransa jurnalından növbəti qanlı addım - ŞOK AÇIQLAMAFransa jurnalından növbəti qanlı addım - ŞOK AÇIQLAMA


















Samir Həmidov: "İslam öıkələrinin adına terrorçu ləkəsi vurmaq, onları şantaj etməklə bu cür təxribat xarakterli addımlar atırlar”

Keçən həftə terrorçuların hücumuna məruz qalan "Charlie Hebdo" satirik həftəlik jurnalı növbəti buraxılışında İslam peyğəmbərini "Je suis Charlie" (Mən Şarliyəm) plakatı ilə əks etdirəcək.
Jurnalın vəkili Rişar Malka nəşrin yeni sayının Məhəmməd peyğəmbərin şəkli, eləcə də din və siyasətə yönəlik digər ironiyalarla dolu olacağını bildirib.
Qeyd olunan məsələnin reallaşması növbəti terrorla nəticələnə bilərmi?

Politoloq, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Slavyan Universitetinin Beynəlxalq məsələlər kafedrasının müdiri Samir Həmidov fransalıların növbəti addımını təxribat kimi qiymətləndirib. Politoloq baş verə biləcək növbəti terrorla bağlı İslam ölkələrini təmkinli olmağa çağırıb: "İslam ölkələri bu məsələlərlə bağlı, kifayət qədər, təmkinlilik nümayiş etdirməli və baş verənlərə qanun çərçivəsində yanaşmalı, beynəlxalq mədəniyyət və etikanın tələblərinə əməl etməlidir.

Fransa göstərməyə çalışır ki, islam və müsəlman dövlətləri dözümsüzdür tolerant deyil, başqalarının fikir azadlıqlarına qarşı hücumlar edir, onlara qarşı edılən hər addıma terrorla cavab verir. İslam ölkələrinin adına terrorçu ləkəsi vurmaq, onları şantaj etməklə bu cür təxribat xarakterli addımlar atırlar”.

S. Həmidov sözügedən məsələdə tolerantlığın da böyük rol oynadığını bildirib. Onun sözlərinə görə, xalqların və millətlərin, milli dini, etnik azlıqların bir-birinə tolerant yanaşmaması məsələsi də terror hadisələrinin yaranmasına gətirib çıxarır: "Bir dini toplumun başqa dini qrupa hücum etməsi, müqəddəs hisslərinin təhqir olunması tolerantlıq anlayışının pozulması deməkdir”.

Politoloqun dediyinə görə, insanların vicdan, din və digər azadlıqları, onların müqəddəs hesab etdikləri şəxsiyyətlər toxunulmazdır: "Avropada bu məsələlərə fərdi yanaşılır. Hər hansı bir fərdin təhqir olunması, şəxsiyyətinin alçaldılması, şəxsi informasiyasının yayılması cinayət hesab olunur. Qərbdə kollektiv yanaşma zəfdir. Beynəlxalq miqyasda hər hansı bir sənəd yoxdur ki, bu məsələni tənzimləsin”.

S. Həmidov qeyd edib ki, terror hadisələri elə Qərb dövlətlərinin maliyyələşdirdiyi fanatiklər tərəfindən təşkil edilir. Bu məsələlərin müsəlman ölkələrinə aidiyyatı yoxdur: "Dərinə getsək, görərik ki, terror hadisələrinin baş verməsi Qərb kəşfiyyatının xüsusi xidmət orqanları tərəfindən qurulan bir işdir. Əslində, onlar ədalətsiz və qəddar siyasətini üzə çıxarirlar. Bundan sonrakı hadisələrdə də İslam ölkələrini günahlandırmaq yanlışdır. Nəticədə, özləri qurbana cevriləcəklər”.
Aktual.az