backend

2015-ci il üçün təhlükəli proqnoz

2015-ci il üçün təhlükəli proqnoz















Dünya İqtisadi Forumunun ekspertləri hesab edir ki, 2015-ci ildə geosiyasi risklər bəşəriyyətə təhlükə yaradacaq

Qlobal risklərə dair illik hesabatda xəbərdarlıq edilir ki, bu il dövlətlərarası münaqişələr, hakim rejimlərin çökməsi və dövlətlərin dağılması ehtimalı yüksəkdir. Geosiyasətin dünyanın taleyinə belə nəzərrə çarpacaq dərəcədə təsiri soyuq müharibə başa çatandan bəri hiss olunmayıb. Hesabat 9000 beynəlxalq ekspert tərəfindən hazırlanıb. Dünya İqtisadi Forumunun ekspertləri ümumilikdə 28 qlobal təhlükəni 5 qrupa bölərək təhlil edib. Bunlar iqtisadi, ekoloji, geosiyasi, sosial və texnoloji risklərdir. Maliyyə böhranından sonrakı illərdə geosiyasət dünya düzəninə təhlükə yaratmırdı. Ancaq Berlin divarı dağıdılandan sonra geosiyasət yenə dünya gündəminin mərkəzindədir.
Krım münaqişəsi xattırlatdı ki, dövlətlərarası münaqişələr ağır geosiyasi nəticələrə səbəb ola bilər. DİF-nun versiyasına görə, belə münaqişələr 2015-ci ilin əvvəlinin ən böyük təhlükələri sırasındadır. Bundan əlavə, bir sıra ölkələrdə rejimlərin dəyişməsi, hətta dövvlətlərin ddağılması riski də mövcudur.
Ekspertlər nümunə kimi Ukrayna və Yaxın Şərq – Suriya və İraq hadisələrini göstərir.
Xatırladaq ki, Eurasia Group konsaltinq şirkətinin ekspetləri hələ Ukrayna hadisələrindən əvvəl 2015-ci ildə Rusiyanın beynəlxalq təhlükəsizliyə ciddi hədə olacağını bildirirdi.