backend

Rusiyada azərbaycanlı saxta pul kəsənlər tutuldu

Rusiyada azərbaycanlı saxta pul kəsənlər tutuldu






















Onlardan milyon “rubl” müsadirə olunub

Yanvarın 15-dən 16-na keçən gecə Sıktıkvarda hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvadan olan saxta pul kəsənləri saxlayıb.

qaynarxett.az-un Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, qanunsuz miqrantların aşkar olunması ilə bağlı keçirilmiş əməliyyat çərçivəsində saxta pul kəsənlərdən ibarət qrup tutulub.

Şübhəlilər Moskvadan olan azərbaycanlılardır.

Onlardan beş minlik əskinaslardan ibarət milyon “rubl”dan çox pul müsadirə olunub.