backend

Həbsxana şikayətləri bitmir

Həbsxana şikayətləri bitmir
















Saytımızda Qobustan həbsxanası ilə bağlı yazı getmişdi

Şikayətçi ana, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova qarşı çox ciddi ittihamlar qaldırır. Ana bildirir ki, oğlu Qobustan həbsxanasına Əli Əmirov tərəfindən dəhşətli dərəcədə döyülərək göndərilib. Hətta oğlunun həmin işgəncədən sonrakı şəkillərini bizə də göstərmişdi.Eyni zamanda bildirilirdi ki, həmin işgəncə bir neçə dustağa tətbiq edilib.
Bununla bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyev 9 nəfər şikayətçi valideynləri qəbul edərək məsələni araşdıracağına söz vermişdi.
Mövzuya qayıtmağımızın səbəbi Penitensiar Xidmətdən bununla bağlı anaya verilmiş cavab oldu. Şikayətçi ananı Penitensiar Xidmətin bir neçə əməkdaşı qəbul edir və cavab: - ”Oğlunuzun bədənindəki xəsarətlər iki il öncəyə təsadüf edir.”
Haqqında danışılan dustaq üç ildən çoxdur ki, cəza çəkir. Hər bir halda dustaq həbsxanada döyülüb. Belə çıxır ki, məqsəd Əli Əmirovu qorumaqdır. Niyə?