backend

Xocasən qəbiristanlığında Həmid bəyin "KOLXOZ BAZARI" - Elə bil qəbrstanlıq bu adamın şəxsi əmlakıdır, istədiyi qiymətə satır

Bu gün 28.06.2021 çi il tarixində ağır vəziyyətdə olan 85 yaşlı yaxın qohumum rəhmətə getdi. Onun dəfn olunması üçün
Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Xocasən qəbiristanlığına müraciət etdik. Bizi qəbirstanlıgın mudiri Həmid adinda
səxs qarşıladı. 90-FC-960 səxsi maşını qoy ora opel astra Həmid müəllim aqressiv formada bildirdi ki bizim qəbiristanlığda
yer yoxdur. Ancaq həmin an 2 nəfə şəxs Həmid bəyin ofisində bizə məlum olmayan sənədlər imzalayirdi. Həmid bəy onlara bildirdi ki,
həkim kağızını alin dəfni edək. 

Bildiyiniz kimi 2018-çi ildə qəbir yeri üçün Dövlət Rusumu 63 AZN təsdiq olunub. Ancaq tərəfimizdən aparılan söhbətlər əsnasında Xocasən qəbiristanlığında Həmid bəyin əli ilə qəbir yerlərinin qiyməti coğrafi mövqeyinə görə 700-800-1000-1200
AZN civarında dəyisir. Elə bil qəbrstanlıq bu adamın şəxsi əmlakıdır, istədiyi qiymətə satır. 

Görəsən bu alverdən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) müdiri Anar müəllimin xəbəri varmı?

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az