backend

Yəqin ki, gənc nazirimiz BUNLARI BİLMİR... - Şimalda KTN sistemi iflic durumdadır...

"Quba rayonu ərazisində su problemi yaşanır. Samur-Abşeron kanalında nümunə üçün su yoxdur. Kanaldan gələn su bəzi oliqarxların hektarlarla ərazidə yaratdığı göllərə yönəldilib. Kanala su buraxılmır". Teref.az xəbər verir ki, bunu əslən Quba rayonundan olan jurnalist Dəyanət Azərsoy yazır.

Daha sonra jurnalist yazır: "Qeyd edək ki, bu kanalın suyu birbaşa Taxta körpü su anbarına, ordan da Ceyranbatan su anbarına axıdılır. Həmin kanaldan gedən sudan da Quba , Şabran və Siyəzən rayonlarında əhalinin suvarmada təlabatını ödənilməsi üçün limitlə su verilirdi.

İndi isə bu suyun verilməsi dayandırılıb. Adı çəkilən rayonlarda bağçılıq və tərəvəzçiliklə məşğul olanlar çarəsiz vəziyyətdə qalıb. Yerli sakinlər bildirir ki, bir aydan çoxdur ki, suvarma üçün su tapılmır. Samur Abşeron kanalından suyun verilməməsi işlərini daha da çətinləşdirib.

Bundan əlavə çaylarda da su yoxdur. Bəzi çaylar var ki Qubanın Qudyalçay, Vəlvələçay kimi böyük çayları orda su olsa da, daş karxanaları suyun kəndlərə buraxmırlar. Onlar da çaylarda xüsusi su gölləri yaradıblar . Gələn suyun qabağını kəsib həmin göllərə axıdirlar.

Hazirda şimal rayonlarında bağçılıq və tərəvəzçilik demək olar ki, məhv olub....