backend

Tomanın mədəniyyətsiz "mədəniyyət ocağı"nı KİMLƏR HİMAYƏ EDİR - ŞOK DETALLAR

Nəsimi rayonu , Rəşid Behbudov küçəsi 100 ünvanında, 22 çi polis bölməsinin ərazisində, Toma adlı bir xanıma aid olan bir "mədəniyyət ocağı"na rast gəldik. Otağa daxil olub, Toma xanımı soruşan kimi, Toma xanım sanki pis bir işlə məşğul olurmuş kimi dərhal ərazini tərk edib, qonşuda yerləşən digər həmkarının "məkan"ına daxil oldu. "Mədəniyyət ocağı"nın səliqəsiz, üzü taras olmayan, xidmət zamanı boyun sepi və qolbağından istifadə edən Anar adlı cangüdən mənə yaxınlaşaraq "nə qulluq edim" soruşdu. Dedim heç nə.

Mən 6-7 dəqiqədən sonra çölə çıxanda post patrul xidməti əməkdaşlarina rast gəldim.

Kiməsə şər ata bilmərəm.

Bu DiN-in əməkdaşlari "mədəiyyət mərkəzi"nə daxil olub mədəniyyətsizlik etmişdimsə məni izahat almaq üçün Nəsimi rayonu 22-ci polis bolməsinə dəvət etməli idilər. Bas aça bilmədim vallah bu gecəki işdən.

Ancaq təcrübəm və müşahidələrim mənə dedi ki, 90-AG-140 dövlət nömrə nişanlı "Rəng Rover" markalı nəqliyyat vasitəsinin sahibi, həmin Toma xanımın işlətdiyi yaşayış binasının altında 2 ədəd "mədəniyyət mərkəzi" idarə edən xanımın ya özü, ya arxasında duran şəxslər tərəfindən mənim şərlənərək həbs olunmagim üçün plan hazırlanmısdi. Fikir verin: mən əraziyə gələrkən 1 Post patrul xidməti, "Doblasi" və 2 nəfər polis serjantı Toma xanımın "mədəniyyət mərkəzi"nin duz qarşında dayanıb, Toma və 140-ın adamları ilə söhbət edir. Mən içəri girib Toma xanımı soruşan kimi , Toma xanım qonşu "mədəniyyət mərkəzi"nə keçir. Dərhal əraziyə əlavə 2 post patrul xidməti nəqliyyat vasitəsi gəlir. Həmin nəqliyyat vasitəsindən enen əməkdaşlardan biri, polis leytenanti kiminləsə danışa-danışa "mədəniyyət mərkəzi"ndə, əhalinin kompakt yaşadığı yerdə, şəhərin mərkəzində mədəniyyətsizlik edən Toma xanım və onun 8 nəfər sayılıb-seçilmiş cinsi istismara məruz qalan "xanımlar"ı barədə heç bir hərəkət etmir.
Tədbir görüb protokollar, cərimələr tətbiq etmir, ancaq məni araşdırir.

Nəsə cənab leytenant mənə əsəbi formada bildirdi ki, sən haranın jurnalistisən?

Təkrar deyirəm, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin Mərdəkanda yerləşən Polis Akademiyasıni bitirən cənab leytenantin mənə verdiyi suala bax)))).Sən haranın jurnalistisən?

Dedim, hörmətli cənab zabit mən Azərbaycan Respublikasının jurnalistiyəm.

Dedi, xidməti vəsiqəni ver, şəklini çəkirəm rəhbərlik istəyir. Xidməti vəsiqəmi təqdim etdim və şəklimi çəkib kiməsə atdı. İdarə etdiyim nəqliyyat vasitəsini 3 ədəd post patrul xidməti maşını və təxminən 15 nəfərə yaxın polis əməkdaşı mühasirəyə aldı

İnanın Allaha DİN-nin 102 qaynar xəttinə məlumat verməyimə baxmayaraq, bir nəfər polis əməkdaşı fasiəxana işlədən Tomaya və onun əmək müqaviləsi olmadan, sağlamlıq sertifikatı olmadan , Hostel kimi fəaliyyət göstərməsi üçün Turizm idarəsindən rəsmi sənədi olmayan, cinsi istismara məruz qalan xanımlari ilə bağlı tədbir görmür, məni araşdır ay millət)))
Təsəvvür edin də...

Mövzudan çox uzağa getdim.

Qayıdaq 22-çi polis bölməsinin əməkdaşlarina, bunlar mənim şəxsi əlaqələrimi müşahidə edib, kiməsə məruzə etdilər. Bundan sonra , tək mənim üstümə gələn 3 ədəd post patrul "Doblası" və təxminən 15 nəfər şəxs mənim ərazidən çıxmağıma şərait yaratdılar. Təbii mən şəxsən bu araşdırmanı ictimailəşdirib lazımı instansiyalara göndərəcəm.

Mən hələ də başa düşə bilmirəm, polis niyə imkan verir ki, burnun ucunda bu boyda "hoqqa" baş versin?

MÖVZU DAVAM EDƏCƏK.

Amid ASLANOGLU.