backend

Ukraynanın azərbaycanlı güləşçisi olimpiadanın finalında - Pərviz Nəsibovun rəqibi iranlıdır

Ukrayna millisinin Tokio Olimpiadasında çıxış edən heyətində yer almış Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov böyük uğura imza atıb. “AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, 22 yaşlı güləşçi yarımfinalda Misirdən olan güləşçi üzərində çətin qələbə qazanaraq, adını finala yazdıra bilib.

Ukrayna mətbuatının yazdığına görə, yarımfinalda hakimlərin Pərvizə qarşı açıq şəkildə haqsızlıq etməsinə baxmayaraq, güləşçi güclü iradə göstərərək, 0:5 hesabı ilə geridə olduğu yarışı 7:6 hesablı qələbə ilə başa vurub.

O da qeyd olunur ki, azərbaycanlı güləşçi bundan öncə, 4/1 finalda sensasiyalı şəkildə Rusiyanı təmsil edən tanınmış güləşçi Artyom Surkova qalib gəlib. Pərvizin finaldakı rəqibi isə iranlı Məhəmməd Gerai olacaq.