backend

Zəngəzur dəhlizinin layihəsi hazırlanır

Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirəcək Zəngəzur dəhlizinin layihəsi hazırlanır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.

O bildirib ki, dəhlizin Azərbaycan hissəsi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yoludur:

"Bu yol 123,8 km uzunluğunda, 4-6 hərəkət hərəkət zolaqlı olacaq. Bu, eyni zamanda Zəngilan dəhlizinin bir hissəsini – Azərbaycan hissəsini təşkil edəcək".