backend

Ərdoğan açıqlama verdi – Fətullahçının qorxudan beyninə qan sızdı

Ərdoğan açıqlama verdi – Fətullahçının qorxudan beyninə qan sızdı
























Türkiyədə gizli dinləmələrlə bağlı Telekommunikasiya və Rabitə Qurumunda və TÜBİTAK-da aparılan araşdırmaları zamanı maraqlı məqamlar üzə çıxıb

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, konstitusiya məhkəməsinin sədri Haşim Kılıç, silahlı qüvvələrin baş qərargah rəisi Necdet Özəl və Milli Təhlükəsizlik Şurasının üzvlərinə aid olan kriptolu və kriptosuz telefonların dinlənilməsilə bağlı aparılan araşdırmalar zamanı şübhəli şəxs qismində dindirilən Oxran Ü.-nün ifadəsi evində alınıb.

Onun ifadəsinin evində alınmasının səbəbi isə insult keçirərək yatağa düşməsi olub. Kriptolu telefonlara nəzarət qrupunda olan kompyuter mühəndisi Orxan Ü.-nün həmin dövrün baş naziri Rəcəb Tayyib Ərdoğanın açıqlamasından sonra beyin qanaması keçirdiyi bildirilir.

Orxan Ü.-nün 17 dekabr hadisələrindən öncə ABŞ-a getdiyi müəyyən olunmuşdu. Həmin hadisələrdən sonra isə baş nazir Ərdoğanın “Dövlətin kriptolu telefonlarını da dinləyiblər. Bunlar bu qədər alçaqdırlar. Dəyişiklik edilən kimi özlərini ortaya atdılar. Çünki dəyişikliyin bir tərəfi də onlara toxunur. Bunların hamısının hesabını soruşacağıq” açıqlamasından sonra Orxan Ü. stress və qorxu səbəbilə beyin qanaması keçirmişdi.