backend

Ərdoğan Obama ilə görüşünün təfərrüatlarını açıqladı

Ərdoğan Obama ilə görüşünün təfərrüatlarını açıqladı






















Lazım olan sənədlər Vaşinqtona göndərəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə NATO Zirvə Toplantısındakı görüşü ilə bağlı təfərrüatları açıqlayıb.

qaynarxett.az-un ANS PRESS-ə istinadən məlumatına görə, Ərdoğan bildirib ki, Obama ilə əsasən Türkiyənin təhlükəsizliyini təhdid edən “paralel hökumət” haqqında müzakirə aparıb.

Onun sözlərinə görə, Obama “paralel hökumət”lə bağlı detallı məlumat istəyib. Ərdoğan isə lazım olan sənədləri Vaşinqtona göndərəcəklərini deyib.

Ərdoğan bildirib ki, görüşdə ABŞ və Türkiyə kəşfiyyat orqanlarının “paralel hökumət”lə bağlı birgə fəaliyyət göstərməsi barədə razılıq əldə olunub.

Ərdoğan onu da qeyd edib ki, görüşdə Almaniyanın xüsusi xidmət orqanlarının Türkiyə hökumətinin telefon danışıqlarını dinləməsi barədə müzakirələr aparılıb.