backend

İsmayıllıda, Quşencə kəndində yaşayan şəhid ailəsi, rayon rəhbərliyi və ölkə başçısından kömək istəyir - Video-müraciət

İsmayıllı rayonu Quşencə kənd sakini, şəhid ailəsi Firəngiz Babayeva KİV vasitəsilə rayon rəhbərliyi və ölkə başçısından kömək istəyir.
Mən İsmayıllı rayonu Quşencə kənd sakini Babayeva Firəngiz Həlim qızı.
Həyat yoldaşım Babayev Əhmədağa Şahbaba oğlu,1993-cü il yanvarın 4-də könüllü olaraq Qarabağ müharibəsinə gedib. Həyat yoldaşım 1994- cü ildə yanvar ayının 31- də Füzuli bölgəsində gedən döyüşlərdə şəhid olub. Fevral ayının 1-də onu Quşencə kəndində dəfn elədik.

Həyat yoldaşım şəhid olduqdan sonra may ayında oğlu dünyaya gəlib. Yoldaşım övladının üzünü görmədi.
Bu illər ərzində çox əzab-əziyyətlərə tab gətirmişəm. Ancaq indi yaşlaşmışam, bacarmıram.Hazırda ata ocağında yaşamaq məcburiyyətindəyəm. Çünki bacım birinci qrup əlildir və yataq xəstəsi olduğu üçün ona da mən baxıram. Yaşadığım mənzil ilə kəndin bulağının arasında cəmisi 100-150 metr məsafə olar. Mən məcbur olub araba ilə su daşıyıram. Kənd icra nümayəndəsindən xahiş etdim ki, qapıma yaxın yerə suyun çəkilməsi üçün kömək etsin. Məni nümayəndə, müavini və bələdiyyə sədri aldatdılar. Mənə dedilər ki, qapının ağzına şəhid bulağı adı ilə su çəkərik. Hətta bir il bundan əvvəl kauçuk borular da alındı. Ancaq suyu çəkmədilər və artıq həmin borular baxımsızlıqdan yararsız hala düşüb. Mən sabiq icra başçısının da qəbulunda olub problemimi demişəm. Onlar da icra nümayəndəmizə tapşırıblar ki, şəhid ailəsinin problemi həll olunmalıdır. Ancaq hələ də həll olunmayıb. Axırıncı dəfə mən icra nümayəndəmiz və müavininə dedim ki, gedirəm icra hakimiyyətinin başçısı cənab Nahid Bağırovun qəbuluna. Nümayəndənin müavini Qamət Məmmədov mənə lağ edərək, cavab verir ki, hara istəyirsən get, əgər yol pulun yoxdursa gəl,sənə iki manat pul da verim. Bunlar şəhid ailəsini ələ salırlar. Məgər mənim həyat yoldaşım buna görə vuruşaraq şəhid olub ki, bu günkü gün onun ailəsi lağa qoyulsun?
Oğlum hazırda işsizdir. Məktəbimiz həyat yoldaşımın adınadır. Dəfələrlə təhsil sahəsində olub, müdirdən xahiş etmişəm ki, oğluma orada bağban, qarovulçu və sair bir iş versinlər. Ancaq heç kim kömək etmək istəmir. Rayonda qaz, işıq, su və sair idarələrdə iş olan vaxtlarda da müraciət etmişəm. Ancaq oğluma, bir şəhid oğluna kömək edəcək şəxs tapmamışam. Axı atası şəhid olub, oğlunu bu məmləkətə, bu millətə əmanət qoyub gedib.
Mən eşitmişəm ki, rayonumuzun yeni icra başçısı Nahid Bağırov cənabları yaxşı insandır, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə kömək edir. Böyük ümidlə gedəcəm onun qəbuluna.
Mən rayonumuzun rəhbərliyindən, ölkə başçısından kömək istəyirəm. Xahiş edirəm mənə dəstək olun. Bu neçə illərdir ki, nə rayon rəhbərliyi, nə də ki, kənd rəhbərliyi qapımı açıb soruşmayıb ki, necəsiniz, nəyə ehtiyacınız var? Bu qədər bayramlar olub, heç kimdən bir kibrit də görməmişəm. Bizə görə həyat yoldaşımın ruhu narahatdır.

Tofiq Cəbiyev. Mən Firəngizin əmisi oğluyam. Bu ailənin problemini niyə həll etmirlər? Niyə belə hörmətsizlik, səhlənkarlıq edirlər? Sabiq icra başçısı lağlağı edirdi. Kim qəbuluna gedirdisə anekdotla, lağlağı ilə yola salırdı. Ancaq vallah bele olmaz. Gələcək nəsillər, yetişməkdə olan nəslin nümayəndələri bizi, dövlətimizi, rəhbərliyimizi qınayar. Bəyəm 150 metr məsafəyə su çəkmək, şəhid övladına bir iş vermək nə böyük problemdir? Təsəvvür edirsiniz, şəhid ailəsi imkansızlıqdan oğlunu, şəhidin bizə, dövlətimizə əmanət qoyub getdiyi övladını evləndirə bilmir. Mən də icra hakimiyyətinin başçısı cənab Nahid Bağırovdan və sair dövlət qurumlarından xahiş edirəm ki, bu ailəyə dəstək olsunlar.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Ümidvarıq ki, rayon rəhbərliyi bu məsələni müsbət yöndə həll edəcək. Mövzunu diqqətdə saxlayacağıq. Sonda videonu izləyin və paylaşın. Kanalımıza abunə olmağı unutmayın. YouTube Elçin İsmayıllı.

Azinfo.tv- Kendtv.info