backend

Azərbaycan polisi bu qızı axtarır – VİDEO

Azərbaycan polisi bu qızı axtarır – VİDEO






















Onun 19 yaşı var

Cəlilabad rayon Polis Şöbəsindən verilən məlumata əsasən, 19 yaşlı Əliyeva Gövhər Natiq qızı itkin düşüb.

qaynarxett.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Əliyeva Gövhər Natiq qızı noyabrın 14-ü 2014-cü il saat 13 radələrində yaşadığı Cəlilabad rayonu, Mirzəli kəndindəki evlərindən çıxıb və bir daha geri qayıtmayıb.

19 yaşlı Əliyeva Gövhər Natiq qızının əlamətləri belədir: Boyu 158 sm, arıq bədən quruluşlu, gözləri və saçları qaradır.

Odur ki, 19 yaşlı Əliyeva Gövhər Natiq qızını itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 5-52-19 Cəlilabad şəhər və 055-248-17-33 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.