backend

Hansı hallarda yeniyetmələrə peyvəndin vurulacağı AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi Azərbaycanda vaksinasiya yaşının16-ya endirilməsinə qərar verib.
Qərarda qeyd olunur ki, istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.
Səhiyyə Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq  bildirilib ki, istisna hallara xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar daxildir.