backend

İcra başçısının oğlu polis sistemindən çıxarıldı

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.

Bunu Ölkə.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Ş.Hüseynov öz ərizəsi ilə işdən çıxarılıb.