backend

Gəlin

Gəlin
















Gəlin

(Bəzi gəlinlərə. Qoy bəzi gəlinlər bizdən inciməsinlər.)

Baxmayar vara, yoxa. Qulluq edər cana gəlin.
Gəlməz heç cür nə dinə, nə də ki imana gəlin.

Çox deyinər, elə bil, rasatlaşırsan qarı ilə.
Vuruşar gündə evdə öz sevgili yarı ilə.
Fəxr edər atasının dövlətiylə, varı ilə.
Onun üçün bu qədər olubdur hədyana gəlin.
Gəlməz heç cür nə dinə, nə də ki imana gəlin.

Gah istəyər bilərzik, gah da deyər ki, zəncir al.
Gah gilas, gah qoz, fındıq, gah da deyər ki, əncir al.
Bunlar nədir ki hələ, deyər ki get, cəvahir al.
Duxun varsa alma, gəl, olacaq divanə gəlin.
Gəlməz heç cür nə dinə, nə də ki imana gəlin.

Gah sarafan istəyər, gah da deyər palto gətir.
Gah deyər ki, kimano, gah da deyər manto gətir.
Almasan istədiyin, atacaqdır Salto, gətir.
Döndərəcək evini qəfəsə, zindana gəlin.
Gəlməz heç cür nə dinə, nə də ki imana gəlin.

Bəzən də baldızını çubuqlayıb kötəkləyər.
Yazıq baldız gəlinin qarşısında iməkləyər.
Cüzü çatmazsa əgər, anası da köməkləyər.
Sanki ac canavardır, susayıbdır qana gəlin.
Gəlməz heç cür nə dinə, nə də ki imana gəlin.

İblistək oturmuşdur, cinlə, şeytanla əlbirdir.
Əyninə geyindiyi paltar elə bil. Xəlbirdir.
Qaynanaya arzusu ya kəfən, ya da qəbirdir.
Sevməz qaynata, qayın, nə baldız, qaynana gəlin.
Gəlməz heç cür nə dinə, nə də ki imana gəlin.

Savaşı, axır bir gün gedib düşər məhkəməyə.
Orda da imkan verməz kimə isə söz deməyə.
Guya ki, kimsə bunu vadar edib işgəncəyə.
Nəql edər utanmadan çox sözü hədyana gəlin.
Gəlməz heç cür nə dinə, nə də ki imana gəlin.

Boşanıb məhkəmədə, anasını yad eləyər.
Baldızdan, qaynanadan gələnə imdad eləyər.
Ərin adı gələndə üz cırar, fəryad eləyər.
Gah nala, gah da mıxa, gah vurar hər yana gəlin
Gəlməz heç cür nə dinə, nə də ki imana gəlin

BALOĞLAN MİRZƏLİ