backend

Avstriya hökumətinin başçısı istefa verdi

Avstriya hökumətinin başçısı – kansler Sebastyan Kurts oktyabrın 9-u axşam istefa verib. Novator.az-ın məlumatına görə, siyasətçi qərarını ölkə prokurorluğunun onu, eləcə də yaxın çevrəsindəki doqquz şəxsi korrupsiya və rüşvətdə şübhəli bilərək araşdırma aparması ilə bağlayıb.

1986-cı il təvəllüdlü Sebastyan Kurts Xalq Partiyasının lideridir. O, 2017-2019-cu illərdə hökumətə başçılıq edib, 2020-ci ildə yenidən kansler postuna oturub.


Avstriyada hökumət parlamentin 183 yerlik aşağı palatasına seçkinin nəticələri əsasında qurulur. İndiki hökuməti Xalq Partiyası ilə Yaşıllar Partiyası formalaşdırıb.