backend

Saatlıda vətəndaş məmuru ifşa etsə də... - İLGİNC İDDİALAR...

Saatlı rayon Mollavaizli kənd sakini Asim Əvəz oğlu Əliyev ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən yazıma Cənab Prezident İlham Əliyevin çıxışından yazmaqla başlayıram:
Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən
dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər
məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr,
onların da aqibəti eyni olacaq.
Hörmətli Cənab Prezident! Siz çıxışlarınızda dəfələrlə söyləmisiniz ki, məmur
özbaşınalıqları və qanun pozuntuları baş verdikdə dərhal bu barədə Prezident
Administrasiyasına xəbər verin. Mən Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir
Rzayevin Dövlətin büdcəsini necə talan etməsi və idarədə hansı qanun pozuntularının
olması barədə çoxsaylı şikayətləri və əlimdə olan əsaslı sübutları Prezident
Administrasiyası başda olmaqla, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı
Mübarizə Üzrə Komissiyasına, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, Saatlı rayon İcra
Hakimiyyətinə və.s bir çox qurumlara göndərmişəm. Tahir Rzayev barəsində olan
şikayətlərim və çəkilişlərim artıq 20-dən çox xəbər portallarında dərc edilib və kifayət
qədər ictimailəşib. Lakin bu günə kimi İdarə Rəisi Tahir Rzayev barəsində heç bir ölçü
götürülməyib. Xırda bir oğurluq edən şəxs həbs olunursa Tahir Rzayev kimi
Dövlətimizin milyonlarını oğurlayanlara ömürlük həps verilməlidir.
Mən 1 oktyabr 2021-ci ildə Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevə,
üç idarənin birləşməsi ilə bağlı İnformasiya Sorğusu ünvanlamışam. Dəfələrlə
xəbərdarlıq və şikayətlərimə baxmayaraq Tahir Rzayev həm Azərbaycan Respublikasının
Qanunlarını həm də mənim hüquqlarımı kobudcasına pozmuşdur. Hüquqlarımın
pozulması ilə bağlı aidiyyatı üzrə şikayətlərimi göndərmişəm.
Tahir Rzayevin necə milyonları oğurlamasını sübut etmək çox asandır:
- İşçilər barədə araşdırma aparmaq, gördüyü işləri araşdırmaq, əmək haqqı kartlarından
vəsaitlərin kimin çəkməsini bankomat kameralarından araşdırmaq.
- İdarənin saxta Forma 2-lər yazaraq dövlətin büdcəsinə Tahir Rzayev işləyən gündən bu
günə kimi neçə milyon manat ziyan vurmasını araşdırmaq. Mənim etdiyim çəkilişlər
sübut edir ki, idarə heç bir iş görməyib. İdarənin balansında olan 1373.3km kanalın nə
zaman lildən və qumdan təmizlənməsini araşdırmaq. Əlimdə olan dəqiq çəkilişlər sübut
edir ki, kanal son 15 ildə qazılmayıb.
- İdarənin balansında olan MMC-lər vasitəsi ilə hansı kirli işlərin görülməsini
araşdırmaq.
- İdarənin balansında olan texnikaların hara işləməsini araşdırmaq. Bununla bağlı əlimdə
kifayət qədər foto və video çəkilişlər var və xəbər portallarında paylaşılıb. Tahir Rzayevə
məxsus qum karierində nələrin baş verməsini araşdırmaq.
- İdarənin balansında olan bütün qurğu və texnikaların nə zaman təmir və bərpa
olunmasını araşdırmaq.
- İdarənin texnikalarına ayrılan yanacağın hara və necə satılmasını araşdırmaq.
- İdarənin qalib gəldiyi Tenderləri araşdırmaq. 2020-ci ildə olan 422 min 356 manatlıq
tenderi və 2021-ci ildə olan tenderi araşdırmaq (Aşağı Muğan kanalının I qolunun Baş
Mil –Muğan Kollektoru ilə kəsişməsindəki borulu keçidin əsaslı təmirinin satın alınması)
Bir sözlə Hüquq-Mühafizə orqanları çox yaxşı bilir ki, nələri araşdırmaq lazımdır ki,
Tahir Rzayevin Dövlətdən bu günə kimi talan etdili yüz milyonlarla manat vəsaitlər
ortaya çıxsın. Görün neçə vaxtdır Tahir Rzayev vəzifədədir və ona heç kim “dəyib
dolaşa” bilmir, çünkü deyilənlərə görə “arxasında” Meliorasiya və Su Təsərrüfatı ASCnin rəhbər şəxslərindən biri durur. Nədə olmasa Tahir Rzayevin milyonları var düşünür
ki, lazım olsa pulumu verib vəziyyətdən çıxacağam.
Mənim yazdıqlarımın heç biri əsassız deyil. Bununla bağlı mənim kifayət qədər foto
və video çəkilişlərim var. Əgər Tahir Rzayev qanuni olaraq işləsəydi mənim sorğumu
cavablandırmaqdan yayınmazdı. Nəyə görə şikayətlərimə baxmayaraq hələ də sorğuma
cavab vermir? Nəyə görə məni görüşmək üçün evinə dəvət edir? Nəyə görə öz işçiləri
vasitəsi ilə mənə hədə-qorxu gəlir? Əlimdə kifayət qədər səs yazılarıda var. İdarəsinin
işçilərindən biri mənə zəng edərək söyləyir ki, mənim qohumum qazidir onları
qaldıracağam sənin üzərinə və məndə bu danışıqları qeydə almışam. Onu da nəzərinizə
çatdırım ki, Tahir Rzayev hal-hazırda mənim üzərimə şər ataraq həbs etdirmək barəsində
bir neçə şəxslərlə planlı surətdə hərəkətlər edir. Əgər gələcəkdə mənə qarşı hər hansısa
hadisə baş verərsə bunun başlıca səbəbkarı Tahir Rzayevdir.
Bu günə kimi göndərdiyim bir neçə məktubumu da araşdırılması üçün şikayət
ərizəmə əlavə edirəm. Tahir Rzayevin yerində sadə bir vətəndaş olsa idi çoxdan həbs
olunmuşdu və ya xırda bir oğurluq hadisəsinə görə. Bəs Tahir Rzayevin Dövlətimizdən
oğurladığı milyonların nəyə görə hesabını tələb edən yoxdur?
Mən şəxsən bu yola Cənab Prezidentimizin çağırışları ilə qoşulmuşam. Mən əsil Ulu
Öndərçiyəm, Ulu Öndəri hər zaman sevmişəm və Onun Siyasi Kursunu hər zaman
dəstəkləmişəm. Cənab Prezident çıxışlarında bir neçə dəfə ictimai nəzarətin
vacibliyindən danışıb və tələb edib ki, harda nöqsan var bu barədə Prezident
Administrasiyasına xəbər verin. Mən 18 yaşımı tamam etdikdən sonra 2009-cu ildən
Yeni Azərbaycan Partiyasınln üzvüyəm, bütün seçkilərdə Cənab Prezidentimə və Onun
rəhbərlik etdiyi partiyaya səs vermişəm. Bu gün Tahir Rzayev kimi şəxslər 5-ci kalonun
adamlarıdır çünkü Prezidentimizə xəyanət edirlər, bu Dövlətin milyonlarını talan edirlər,
xalqı Prezidentə və Dövlətə qarşı qaldırırlar. Özünə düz idarəsinin yanında imarət
tikdirib, kamerlar qoydurub, tikanlı hasara aldırıb, 55000 dollarlıq cip-lərdə gəzirlər və ən
əsası da neçə illərdir Dövlətin büdcəsini talan ediblər.
Mənim yazdığım şikayətlər və faktlar bilirəm ki, Prezidentimə çatdırılmır və buna
görə də bu məsələni ictimailəşdirmək məcburiyyətində qalıram ki, bəlkə xəbərlərdə
Cənab Prezidentim və ya Vitse-Prezident görüb reaksiya verər. Əgər bu şikayət
ərizəmdən sonra da Tahir Rzayev barəsində tədbir görülməzsə mən məcbur olub,
Beynəlxalq Antikorrupsiya Koordinasiya Mərkəzinə (E-mail:
public.complaints@nca.gov.uk ), Muenchendorfer Strasse 22361 Laxenburg, Avstriya
ünvanında yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına (Telefon: +43 2236
710 718 101 E-mail: mail@iaca.int ) müraciət edəcəyəm.
31 oktyabr 2003, 58/4 saylı qətnamə ilə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş
Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya Qarşı Konvensiyasının tələbləri pozulduğu,
çoxsaylı şikayətlərimə və sübutlarıma baxılmadığı üçün Birləşmiş Millətlər Təşkilatına
( https://www.unodc.org/unodc/contact-us.html ) müraciət edəcəyəm.
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda
yazılır: Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli
şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə
ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə
təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
Bir daha söyləyirəm ki, mən Cənab Prezidetimin çağırışlarına qoşularaq baş verən
qanunsuz hallar və Dövlət büdcəsinin talan olunması ilə bağlı artıq bütün lazımi
orqanlara şikayətlərimi etmişəm və sübutlarımı göndərmişəm. Xahiş edirəm bütün
şikayətlərim və sübutlar araşdırılsın və Dövlətin milyonlarını talan edən Tahir Rzayev
barəsində cinayət işi başladılsın.
Həmçinin neçə illər bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev qanunvericiliyə uyğun olaraq
inzibati qaydada 582 min manat məbləğində cərimə olunmuşdu. Araşdırılsın ki, bu qədər
böyük bir məbləğ ödənilib ya yox? Əgər ödənilibsə necə ödənilib, ödənilməyibsə səbəbi
nədir?
Bu günə kimi etdiyim ən əsas şikayətləri və sübutları ərizəmə əlavə edirəm. Xəbər
portallarında olan paylaşımların bəzilərini əlavə edirəm. Xahiş edirəm ki, şikayətimi
bütün Media Nümayəndələri işıqlandırsın. Televiziya kanallarından xahiş edirəm ki,
gəlib mənim də iştirakımla Saatlı Suvarma Sistemləri İdarəsində çəkiliş etsinlər və mən
Tahir Rzayevdən sorğumun cavablarını çəkiliş qarşısında alım.
Tahir Rzayev milyonlarına və “arxasında duranlara” o qədər güvənir ki, özünü
toxunulmaz hesab edir və düşünür ki, onun idarəsini heç kim yoxlaya bilməz. Bəli onun
idarəsini yazdım, çünkü idarə artıq onun şəxsi mülküdür, işçilərin kartı cibində,
texnikalar icarədə və öz karierində, ayrılan vəsaitlər cibində və nələr-nələr. Xahiş edirəm
artıq bütün bunlara dur deyilsin! Ümüd edirəm ki, bu qədər şikayətlərimdən sonra Tahir
Rzayev barəsində ölçü götürüləcəkdir. Öncədən sizə öz təşəkkürümü bildirirəm.
Ulu Öndər Heydər Əliyev söyləyib ki: Dövlət iki şeydən sarsıla
bilər, günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə!"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...