backend

Belə çıxır ki, mən yıxılıb ÖLMƏLİYƏM?.." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Ucar rayonu Bərgüşad kənd sakini Vətən müharibəsi Qazisi Abbaslı Samir Yusif oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Belə çıxır ki, mən yıxılıb ÖLMƏLİYƏM?.." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

"Sizə müraciət etməyimə səbəb hərbi xidmətim zamanı rastlaşdığım və həyatımı bütünlüklə məhv edən haqsızlıqdır. Məlumat olaraq Sizə bildirirəm ki, mən 16 yanvar 2012-ci il tarixindən 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci il avqust ayından etibarən MAHHXHQ əsgər kimi xidmətə başlayaraq, əvvəl bir ay 708 saylı, sonra isə 701 saylı hərbi hissələrdə xidmət etmişəm.Vətən müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda Papanin adı ilə tanınan hərbi xəstəxanada müalicə almışam. Buradakı müayinələr zamanı müharibədə aldığım əlavə qəlpə yaralarından başqa ürək çatışmazlığınında olduğu müəyyən edilərək, hərbi xidmətə tam yararsız hesab edilmişəm. Lakin, mənə bildirirlər ki, mənim ürək çatışmazlığmın kökü anadan gəlmədir. Amma bu tam yalandır mən xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam.

Bu xəstəliyə görə hərbi xidmətə tam yararsız hesab edilirəmş Ürək çatışmazlığımın kökü anadangəlmə olduğuna görə müharibə əlili hesab edilməyəcəyimi mülkidə ümumi səbəblərlə əlillik ala biləcəyimi deyirlər.
Mən bunu ədalətsizlik qanunsuzluq və cinayət hesab edirəm. Əgər məndə ürəkçatışmazlığı anadangəlmədirsə, niyə məni həqiqi hərbi xidmətə aparıblar və niyə məni hərbidə işə gtürüblər? Yox əgər ürək çatışmazlığımın əvvəl hiss olunmayacaq dərəcədə olduğundan orduya qəbul edilmişəmsə, yenə də indiki sağlamlıq vəziyyətimə görə müharibə əlili sayılmalıyam. Axı bu vəziyətə müharibə nəticəsində düşmüşəm. Xəstəliyə görə mənə nə iş vermirlər nədə ki, mənə əlillik dərəcəsi təyin etmirlər.Belə çıxır ki, mən yıxılıb ölməliyəm ?

Hazırki vəziyyətimə əsasən, həkimlər açıq ürək əməliyyatı olunmağımı zəruri saysalarda həkimlər əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına əminliklə söz vermirlər, həyatımı itirmə riskinin çox olduğunu bildirirlər. Digər bir tərəfdən müharibə əlili sayılmayacağımdan bu əməliyyatı mülki xəstəxanalarda ödənişli şəkildə etdirməliyəm ki, sözün tam mənasında bunu ödəmək üçün heç bir maddi gücüm yoxdur.
Sizdən acizanə şəkildə xahiş edirəm müraciətimi obyektiv araşdırıb mənim müharibə əlili sayılmağıma yardımçı olasınız.
Əlaqə telefonu: (050) 569-51-05"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...