backend

"Bakı Metropoliteni"nin ŞÜBHƏLİ TENDER müqavilələri - MİLYONLAR HARA XƏRCLƏNİR ?

"DogruXeber.az" xəbər verir ki, 20.04.2022-ci il tarixində Dövlət Satınalma Portalında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin bir gündə iki tender müqaviləsi bağladığı barəsində məlumat dərc edilib.

Belə ki, TOO "Ticarət evi ЕПК - Qazaxıstan" (VÖEN - 070140008823) ilə bağlanan 41250 (qırx bir min iki yüz əlli) AZN - lik "81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə olunan ehtiyat hissələri" müqaviləsi və "AKB LenSpetsavtomatika"MMC (VÖEN - 780101001) ilə bağlanan 50127060 (Əlli milyon yüz iyirmi yeddi min altmış) AZN-lik "Hərəkət tərkibləri üçün idarəetmə dövrələri avadanlığı" müqaviləsi barəsində ətraflı məlumat bölməsi boş saxlanılıb.

Təsəvvür edirsiniz? Külli miqdarda məbləğlərin qeyd olunduğu müqavilələr barəsində ictimaiyyətə məlumat verilməyib. Ümumiyyətlə, bu tenderdə katirovka sorğusu keçirilmədiyi də ciddi şübhə doğurur.

Ölkə başçısı öz çıxışlarında "tender" adı altında dövlət büdcəsinin talanması mövzusuna dəfələrlə toxunmağına baxmayaraq, görünür, bəzi dövlət qurumları hələ də çəkinmədən, öz "qaranlıq fəaliyyət"lərini davam etdirirlər.

Qeyd edək ki, şübhəli tender müqavilələri ilə bağlı aydınlaşdırmaq üçün bəzi tender müqaviləsi bağlayan qurumlara sorğu göndərdikdə bəzən ya ümumiyyətlə cavablandırmırlar, ya da tamamilə fərqli, aidiyyatı olmayan cavablar göndərirlər.

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.