backend

Səyavuş Qurbanov: "Nə şəhid, şəhid ailəsi salmısan, mənim də şəhidim var, iş vermirəm, vəssalam."

"Sizə bildirirəm ki, mən 27 oktyabr 2021-ci ildən "Azərpambıq" istehsalı və emalı zavodunun Bərdə filalında fəhlə işləyirəm. 3 ün əvvəl telefonuma mesaj gəldi ki, bəs işdən azad olunmuşam, "raşot" pulum da kartıma əlavə olunub. Mən müdiriyyətə müraciət edib nə baş verdiyini öyrənməyə calışdım. 3,4 ay bundan əvvəl yeni direktor təyin olunmuş Səyavuş Qurbanovun cavabı qəribə oldu:"Muqavilənin vaxtı bitib, yeniləyə bilmərik, is yoxdur." Mən kirayədə qaldıgımı, şəhid ailəsindən oldugumu, hec olmasa hər hansı bir işlə təmin olunmagımı xahiş etdim. Müdürün cavabı kəskin oldu: "Nə şəhid, şəhid ailəsi salmısan, mənim də şəhidim var, iş vermirəm, vəssalam." Dedim cənab müdir, prezidentimiz qərar verib axı?" "Buranın sahibi mənəm, get hara istəyirsən şikayət et. Mən heç kimdən qorxmuram."- deyə mənə qapını göstərdi

Bu şikayət ərizəsini Qaynarxett.az-a Bərdə rayonunda  məskunlaşmış qacqın vətəndaş Əliyev Sabir Abbas oglu göndərib. Şikayətcilər yazır:

"Bizim tək ümüd yerimiz dövlətimiz və dövlət başçımızdır. Artıq dərəcədə xahiş edirik o körpə uşaqlarımın ac qalmaması və insanlıq xatirinə mənə işdə qalmağımız üçün kömək edəsiniz."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

MÖVZUNU DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAGIQ.

Qaynarxett.az