backend

Göycaylı kimsəsiz ana ücüncü dəfə Mehriban Əliyevadan İMDAD DİLƏYİR: "Oglum agır vəziyyətdədir, hərbi komissar isə məni aldadır"

QAYNAR.MEDİA xəbər verir ki, Göyçay rayon Boza kənd sakini Qasımova Güldanə Səfər qızı redaksiyamıza müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə yararsız hesab edilən oglunu rüşvət vermədiyinə görə hərbi xidmətə aparıldıgını bildirirdi. Oglu Sədi Qasımovun hazırda agır vəziyyətdə hərbi xəstəxanada oldugunu deyən şikayətci yenidən redaksiyamıza müraciət edərək sözü gedən video-müraciətdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi və işciləri tərəfindən hədələndiyini bildirir və Birinci vitse-prezident Mehriban Əliyevayaya video-müraciət edərək ondan imdad diləyirdi.

Şikayətci Qasımova Güldanə Səfər qızı QAYNAR.MEDİA-ya bildirib ki, həmin müraciətindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi tərəfindən şöbəyə cagırlaraq hazırda oglunun tam sagaldıgını bildirilib və hətda onunla telefon əlaqəsi yaradılaraq bir-biri ilə əlaqə qurulub. Bir gün sonra isə oglu ilə telefon əlaqəsi quran ana başa düşüb ki, kömissar onu aldadıb. Ətraflı video - süjetdə tanış ola bilərsiniz.