backend

Cəbhədə erməni əsgərlərini belə partlatdılar – VİDEO

Cəbhədə erməni əsgərlərini belə partlatdılar – VİDEO






















Düşmənin necə məhv olduğunu əks etdirən yeni görüntülər yayıldı

Sosial şəbəkələrdə yanvarın 31-də Azərbaycanın Silahlı Qüvvələrinin erməni hərbçilərindən ibarət təxribatçı qrupunu məhv etdiyi əməliyyatın video görüntüləri yayılıb.

qaynarxett.az oxu.az-a istinadən xəbər verir ki, videogörüntülərdən göründüyü kimi, təxribat törətmək məqsədilə minalanmış sahədən keçməyə cəhd göstərən 6 düşmən əsgəri minaya düşərək məhv olur.

Qeyd edək ki, Azərbaycan MN-in cəbhənin Qazax rayonu istiqamətində minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv edilməsi barədə yaydığı xəbər Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilmiş və belə bir hadisənin baş vermədiyi bildirilmişdi.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə ötən gün keçirilən genişmiqyaslı hərbi təlimdə çıxışı zamanı qısa müddət ərzində 20-dən çox erməni hərbçinin cəbhədə məhv edildiyini bəyan edib.

Təqdim etdiyimiz videoda partlayış anı 2:48 dəqiqədə baş verir.