İcra müavinin ailədaxili cinayət və özbaşınalıqları bununla yekunlaşmır. Qız övladı artıq üçüncü dəfə ailə həyatı qurub və bu izdivacın da hansı vəziyyətdə olması naməlumdur. Ailədaxili özbaşınalıq və harınlıq yaşayan ailənin sanki böyüyü yoxdur. Gəlini, Emin Babayevin yoldaşı Lənkəran Dövlət Universitetində çalışır və hər gün tələbə, müəllim kollektivi gəlinin maşınla avtoşluğuna şahidlik məcburiyyətindədir. Bütün lənkəranlılar onun "lüks" həyat tərzindən xəbərdardır. Hətta "gəlin" xanımın bütü günü restoranlarda keçir. Bu yaxınlarda da "qəhrəmanlıq" edərək rayonda bir qazinin maşınını öz maşını ilə arxa hissədən əzib və pula pul deməyən Möhübbət Babayev yeni maşın alaraq qaziyə "hədiyyə" edib. Lənkəranda yeyintidə ad çıxaran asvalt zavodun müdüri Raqib Hüseynovla da şərikli iş birliyindədir. Necə deyərlər, ailə rayonda at oynadıb, meydan sulayır.
Hətta Möhübbət Babayev bu işbirlikdən rayonda çoxlu otel və obyekt şəbəkəsinə sahib olub. Əslində ağılsız olan Möhübbət Babayev hiyləgərliklə vəzifəsinin ömrünü uzun edib və çoxlu sayda mülkərə, obyektlərə sahiblik statusu daşıyır. Birinci müavinin sahib olduğu və əldə etdiyi obyektlərinin müəyyən hissədən ibarət siyasını qeyd edirik.
1. Lənkəran şəhərində 5 mərtəbə deyilən ərazidə 2 obyekt.
2. Qardaşı JEK müdürü çalışarkən mikrarayon deyilən ərazidə 3 böyük obyekt.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yanında böyük restoran, "Qala" xiyabanında ev və yanında mağaza.
4. Gərmətük qəsəbəsində 1 köhnə, 5 yeni tikili villalara, eləcə də böyük tikinti malları mağazasına sahibdir.
6. Bakıda yeni tikili mənzillər.
7. Lənkəran şəhər Osaküçə kəndində 1 hektar yarım ərazini alaraq restoran və otel şəbəkəsi salır.
9. Rayonda "Karnaval" otel restoranı şəriki Raqiblə birgə alıb.
Qeyd edək ki, ailənin sahib olduğu biznes şəbəkəsi və mülkləri bununla yekunlaşmır..
Yazının ardı var... araşdırma davam edəcək..
Gülşən Məmmədova