backend

Kim nə deyir, qoy desin!

Kim nə deyir, qoy desin!
































Kim nə deyir, qoy desin!

Başçı "bazarkom" çıxıb, kim nə deyir, qoy desin!
Hər şeyə "nırxın" taxıb, kim nə deyir, qoy desin!

Bircə gəlişdən gör a, qopdu tufan-fırtına,
Qoyma bunu dartına, kim nə deyir, qoy desin!

Sözdə şərəf səbr edər, sən hələ şərdən danış,
Qazlı təşərdən danış, kim nə deyir, qoy desin!

Əxlaqı əldən salıb, çevrəsi sözbaz çıxıb,
Örnəyimiz “baz” çıxıb, kim nə deyir, qoy desin!

Formatı kamil deyil, dildə sədaqətlidi,
Guya ki, qeyrətlidi, kim nə deyir qoy desin!

Şərhini versəm belə, qorx ki, qiyamət qopa,
Mabədi çatmır YAP-a, kim nə deyir, qoy desin!

Eybini gizlətdilər, qırxınacan çırtladı,
Qurdu yaman pırtladı, kim nə deyir qoy desin!

Acizi ağlatmağa kim buna rüsxət verib?
Zəndinə zəhmət verib,kim nə deyir, qoy desin!

Rüşvətə bel bağlayan, bəxtinə qəm bağlayar,
Zülmə düşər, ağlayar, kim nə deyir, qoy desin!

Könlünü al bir təhər, ortada min hoqqa var,
Dinsə zəlil... haqqı var, kim nə deyir, qoy desin!

Fəaliyyət Qurbanov