backend

"DON VİLLA"nın sahibi MEYDAN OXUDU: "102 xidmətiylə bizə nə edəcəksiz hə, isdəyirsən 104 yig"...

Əməkdaşımız Məhluqə Usubova Fuad İbrahimbəyov kücəsi 15.5-ci paraleldə yerləşən "Don villa" restoranında aldadıldıgını və onu hesab cekini qaytarmayacagı halda girov saxlanılacagı ilə hədələndiyini bildirir:

"Dünən axşam saatlarında bacım qızının ad gününü "Don villa" restoranında kecirməyi qərara aldıq. Dörd nəfərlik yemək sifariş etdik. Hesabı gətirəndə isə əməlli-başlı şoka düşdük. Bir "sac ici" 45 azn, 4 şiş toyuk kabab 28 azn, 1 pors pendir 8 azn, kələm turşusu 8 azn, iki caynik sadə çay 20 azn, coban salati 8 azn, 4 şüş. duşes isə 12 azn, cəmi 180 azn. Soruşdum, bu nədi, cavab vermədən getdilər, mən də narazılıgımı bildirib, hesabı ödəyib cekin surətini götürdüm. Qapıda bizi adini bilmədiyim iri gövdeli bir kişi saxlayaraq "sizi buraxmayacam, hesab cekini qaytarin" dedi. "Hesabdan naraziyam, aidiyyatı qurumlara göndərəcəyəm, jurnalistəm" deyə özümü təqdim etdim. O isə bilsəydim jurnalistsən sizi icəri buraxmazdim dedi və yenə də qapının qarşısını kəsdi və yanımda azyaşli uşaq olmasına baxmayaraq üstümüzə hücum edənde mən DİN-nin 102 xidmətiylə əlaqe saxladım və məlumat verdim. Sonra özünü restoranın sahibi kimi təqdim edən bir nəfər bizə yaxinlaşdı və 102 xidmətiylə bizə nə edəcəksiz hə, isdəyirsən 104 yig, hec kimdən qorxmuram, deyə meydan oxudu. Taksi gəlmişdi deyə biz ordan uzaqlaşdıq."

Məhluqə xanım onu da bildirdi ki, evə catana yaxın 27 polis bölməsindən ona zəng edərək hadisə barədə məlumatlı olduqlarını bildirmiş və səhər bölməyə yaxınlaşmagı xaiş etmişlər.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az