backend

İrina Dubtsova bakılılara müraciət etdi – VİDEO

İrina Dubtsova bakılılara müraciət etdi – VİDEO






















“Əziz Bakı!”

Populyar rusiyalı müğənni, şairə və bəstəkar İrina Dubtsova xəstəxanadan çıxdıqdan sonra bakılı pərəstişkarlarına video-müraciət yazdırıb, Trend Life bildirir.

“Əziz Bakı! Gördüyünüz kimi sağ və salamatam. Bundan başqa böyük məmnuniyyətlə sizlərin yanına gəlirəm. Fevral ayının 13-də - Sevgililər günü və mənim ad günüm ərəfəsində görüşərik. Görüşənə qədər!”, - ifaçı öz pərəstişkarlarına bildirib.

Xatırladaq ki, İrina Dubtsova yanvar ayının 30-da Bakıda Heydər Əliyev sarayında solo konsert ilə çıxış etməli idi. Amma “Şeremetyevo” aeroportunda təyyarəyə giriş elan edilərkən, İrina Dubtsova huşunu itirib. Müğənni xəstəxanaya yatırılmışdı.

Bakıda yanvar ayının 30-da keçirilməli konsert, fevral ayının 13-ndə baş tutacaq.