backend

Əməkdar artist İstanbulda konsert verdi

Əməkdar artist İstanbulda konsert verdi

Əməkdar artist Elza Seyidcahan Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən gecədə konsert verib.

qaynarxett.az bildirir ki, bu haqda müğənni Axşam.az-a açıqlamasında deyib. O, mükafatla təltif olunduğunu da bildirib:
“Yüksək səviyyədə qarşılandım. Konsert gözəl keçdi. Bəylikdüzü bələdiyyə başçısı mənə mükafat da verdi. Konsertdən əvvəl mənim fotolarımın yer aldığı afişalar şəhərdəki bilbordlara vurulmuşdu”.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert Bəylikdüzü Mədəniyyət Mərkəzində baş tutub.