backend

Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib – SƏRƏNCAM

Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.
12:50
Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, Prezidentin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti A.Kərimova verilmişdi. 5 yanvar 2021-ci ildə isə mədəniyyət naziri təyin edilmişdi.