Həsənov İmran Fərhad oğlu,Talışlı Qədir Mirislam oğlu,Səlimov Qüdrət İslam oğlu tərəfindən Faktinfo.az saytına şikayət məktubu göndərilib.
Şikayətçilər Lənkəran şəhəri “Böyük Bazar” ərazisində yerləşən transformator məntəqəsinin dağılmış vəziyyətindən yazaraq bildirirlər ki,dam örtüyü dağıldığından yüngül yağıntını belə saxlamır.Normal qoruyucuları,qırılmayan qalın məftillər əvəz edir.İstənilən yağmurlu havada partlayışa səbəb olan vəziyyət və "qısa qapanma" ilə nəticələnən təhlükəli hadisənin baş verməsi an məsələsidir.
Faktinfo.az -a göndərilən şikayətdə bildirilir ki,normal transformator məntəqəsinə ehtiyacları var.bildirirlər ki,aidiyyatı qurumların məntəqəni bərpa etməyə imkanı yoxdursa,sakinlər pul yığıb köməklik edə də bilərlər.
O cümlədən bildirilir ki,Lənkəran Elektrik Şəbəkəsinin baş mühəndisi Şamid Bəhramova dəfələrlə müraciət edilib.Amma baş mühəndis problemin həll edilməsi onun imkanı xaricində olmasını bildirib.Hazırda vəziyyət acınacaqlı hal alıb,təhlükəli hadisələrlə nəticələnə biləcək bir şəkil alıb.