backend

Cinayətkarlar törətdikləri zorlamanın videosunu WhatsApp-da paylaşdılar

Cinayətkarlar törətdikləri zorlamanın videosunu WhatsApp-da paylaşdılar






















“Bu videonun 10 saniyəsi mənə kifayət etdi”

Hindistan hüquq-mühafizə orqanlarının əməkdaşları qadını növbə ilə zorlayaraq videoya çəkib WhatsApp-da paylaşan kişiləri axtarırlar.

Videoda beş dostun qurbanın qışqırıq və yalvarışlarına məhəl qoymadan kamera qarşısında poz vermələri əks olunub.

Bu çarx çox güman ki, ən azı yarım il bundan öncə çəkilib. Onu qadın haqları uğrunda mübarizə aparan təşkilatın fəalı Sunita Krişnan tapıb üzə çıxarıb.

“Bu videonun 10 saniyəsi mənə kifayət etdi. Özümə gəlmək üçün onu söndürməli oldum”, - o, NDTV-də bildirib.

Sunita Krişnan özü 15 yaşında olarkən təcavüzün qurbanı olub. Onu 8 nəfər zorlayıb.

“Cinayətkarların həbsinə gələndə insanlar anlayışlı davranmır”, - o bildirib.

Ona görə də o, bu hadisəyə ictimaiyyətin diqqətini cəlb etməyə çalışıb. O videonu elə redaktə edib ki, qurbanın kimliyi bilinməsin, cinayətkarların üzü isə dəqiq görünsün. O, videonu YouTube-da yerləşdirib və cinayətkarları tapıb cəzalandırmağa çağırıb.

Qrup şəklində təcavüz cinayətləri Hindistanda çox yayılıb. Onlardan biri, qurbanın ölümü ilə sona yetən cinayət 2012-ci ildə baş verib. Cinayətkarın qurbanı 23 yaşlı tələbə qız olub, sonradan o xəstəxanada vəfat edib. Onu zorlayan kişilər tapılaraq edam edilib.

Bu hadisə ictimai rezonans doğurdu, kütləvi etiraz aksiyalarına çevrildi. Hindistan hüquq-müdafiəçiləri qeyd ediblər ki, hüquq mühafizə orqanlarına ümid çox azdır: çox zaman heç zorlanmanın qurbanı olan qadınların ərizələrini polisdə qəbul etmirlər.