backend

Əbləhlər

Əbləhlər



















Deyirəm, bu şeytana min lənət, bir qəlbə girdimi, ordan çətin çıxır. Özüdə bu şoqərib gedib girə bir əbləhin ürəyinə. Bu əbləh də özgəsinin ad-sanına, vəzifəsinə “sahib çıxıb” başlayır əbləh-əbləh işlər görməyə...

Əvvəllər belə əbləhlər bir-iki idi. Mən hərdən maşın qəzasına salıb, qol-qıçımı “sındırardılar” Sonra lap ağ elədilər, başladılar on-onbeş il
əvvəl rəhmətə getmiş ata-anamı öldürməyə”. Allah onların cəzasını versin. Namərd uşağı pul-para üçün analarının əmcəyini kəsərlər...
İndi bu əbləhlər görün hansı iyrənc yola əl atıblar. Utanıb çəkinmədən mənim adımdan müəəssisə rəhbərlərinə, hətta polis rəislərinə, nazirliklərə telefon açıb üz vururlar, dinlənirlər. Bəzən məni mətbuat şurasının katibi kimi təqdim edib “xox” gəlməkdən belə çəkinmirlər bu əbləhlər. Iş o yerə çatıb ki, üzünü belə görmədiyim, səsini belə eşitmədiyim məmurlar tərəfindən adım hallanır. Əlacım ona qalıb ki, hüquq mühafizə orqanlarına məlumat verim ki, bu üzdəniraq əbləhlərin dərsini versinlər.
Onu da deyim ki, bu üzdəniraq əbləhlərin izinə düşmüşük, dəqiqləşmə aparılır. Sözüm onlaradır: Gec də olsa, əl çəkin bu çirkin əməlinizdən. Atalar deyib ki, su qabı suda sınar. Yoxsa gələn sayımızda qulaqburmasında özünüzü görəcəksiniz.

ƏDALƏT NƏBİBƏYLİ,
“Qaynar Xətt” qəzetinin baş redaktoru