Qobustan İH-nin birinci müavini Məharət Əkbərovun qəbulunda olan Səfayə Balayevaya köməklik vəd olunsa da, heç bir köməklik göstərilmir. Əvvəlki vərdişinə sadiq qalan Məharət Əkbərov, bu dəfə də "öz məharətini" göstərir. Yəni, illərdir bu məmur söz verib, əməl eləməyi artıq vərdiş edib. Bu səfər Balayeva bacıları sözün həqiqi mənasında hər an ölümlə üz-üzədirlər. Allahdan arzumuz odur ki, hec olmasa bu səfər Məharət müəllimə insaf versin, Balayeva bacılarının ölümünə bais olmasın!
Mövzunu diqqət mərkəzində saxlayacagıq.
BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxett.az