backend

Zərərcəkmiş Agsu məhkəməsindən ŞİKAYƏT EDİR: "Hakim dələduzun tərəfini saxlayır, məni zərərcəkmiş kimi tanımaq istəmir"

2015-ci ildən Ağsu rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarında fəaliyyət göstərməyə başlayan “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinə əslən Laçın rayonundan olan təcrübəli iş adamı Novruz Gülməmmədov rəhbərlik edir. Ötən illər ərzində həm zəhmət, həm də xeyli vəsait sərfi hesabına bu obyektin fəaliyyəti müştərilərdə məmnunluq dogururdu.

Ancaq çox təəssüf ki, iş adamı elə öz həmyerlisi, hazırda Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydiyyaytda olan Əsədov Adil Əsəd oğlu tərəfindən aldadılıb. Administrator kimi işə cəlb olunan Adil istirahət mərkəzinə 32000 (otuz iki min) manat ziyan vurub. Adil Əsədov istirahət mərkəzinə işə cəlb etdiyi zəhmətkeş insanları da aldatmış, işlədərək pullarını verməmiş, 30-a dək şəxsə müxtəlif məbləğlərdə borclu qalmışdır.
Bu üzdən müəssisə təmsilçiləri kimi Gülməmmədov Novruz Şöhlət oğlu və Ağamalıyev Tohid Əliş oğlu ondan şikayətçidirlər. Hazırda onların şikayəti üzrə açılan iş Ağsu rayon məhkəməsində aparılır. Əsədov Adil Əsəd oğlu AR Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4 maddələri ilə mühakimə olunur.
 


Qaynarxett.az-a müraciət edən Qurbanova Sürəyya Əyub qızı bildirir ki, o, Göranbay rayonunda qeydiyyatdadır. Vaxtilə 30 il müəllimə işləyib. Ailə başçısını itirəndən sonra tənha ana kimi oğlunu min əzab-əziyyətə qatlaşaraq böyüdüb. İndi də nəvələri ilə qayğılanır. Deyir ki, Mingəçevir şəhərində kafelərin birində baş aşpaz işləyirmiş. 2019-cu ilin mart ayında Adilin yağlı vədlərinə aldanaraq iş yerini “Şöhlətoğlu”ya dəyişib. Adil ona ilk iki ayın maaşını ödədikdən sonrakı vaxtda ödənişi qırıq-qırıq etməyə başlayıb. Ən nəhayət, ümumiyyətlə ödəniş etməyib. Ümumilikdə 560 (beş yüz altmış) manat zəhmət haqqını mənimsəyib. Zənglərə cavab verməyib, telefonu açanda isə təhqiramiz ifadələrlə cavab verib, “get, hara istəyirsən, şikayət et” deyib. Sürəyya xanım Adil Əsədov barədə polisə şikayət edib. Daha sonra iş prokurorluğa, nəhayət, Ağsu rayon məhkəməsinə ötürülüb. İndi isə zərərcəkmiş Agsu rayon məhkəməsinin sədri Babək Qasımov şikayət edir: "Hakim məni zərərcəkmiş kimi tanımaq istəmir. Alın təri ilə qazandıgım zəhmət haqqımı Adil Əsədov məniməyib. Vaxtında polisə, prokurorluga mən şikayət etmişəm, ancaq indi qalmışam kənarda. Hakim Adil Əsədovun tərəfini saxlayır. Tənha qadınam, dolanışığım çətindi, mən xaiş edirəm ki, məhkəmə məni də zərərcəkmiş qismində tanısın. mənə dəyən ziyan ödənilsin."

Qaynarxett.az