backend

Gözdən əlillər maşın sürə biləcək - Yeni ixtira

Gözdən əlillər maşın sürə biləcək - Yeni ixtira





















Yapon mütəxəssislərinin yeni ixtirası gözdən əlil insanlar üçün avtomobildən idarə etmək imkanı yaradıb


Axar.az xarici mediaya istinadən xəbər verir ki, bundan sonra artıq görməyən insanlar xüsusi avtomobil ilə hərəkət edə biləcəklər.

Yapon avtomobil mütəxəssislərinin yeni ixtirasına əsasən, yeni səsli siqnallar qurğusu ilə idarə edilən avtomobil artıq baxış üçün beynəlxalq sərgiyə təhvil verilib. Daha əvvəllər bu cür avtomobilləri səs siqnalları ilə təchiz edilmiş əlil arabaları əvəz edirdi.

İndi isə mükəmməl quruluşa malik xüsusi avtomobillər vasitəsi ilə gözdən əlil insanlar şəhər daxilində asanlıqla hərəkət edə biləcəklər. Avtomobil daxilində quraşdırılmış səsli naviqator sistemi əlil insanlara qarşıda olan maneələr haqqında xəbərdarlıq edərək, onların hansı istiqamətə getmələri haqqında məlumat ötürəcək. Gözdən əlil insanların rəğbətini qazanan və əlil sürücülərlə sınaqdan uğurla keçən avtomobillərin satış qiymətlərinin münasib olduğu bildirilir.