backend

Balakənin Ititala kənd tam orta məktəbində NƏ BAŞ VERİR - Direktor barədə ciddi faktlar

Balakən rayon A.Balayev adına İtitala kənd tam orta məktəbinin direktoru barədə ciddi itdihamlar irəli sürülür

Qaynarxett.az-nın elektron poctuna daxil olan məlumatda bildirilir ki, Balakən rayonun Gürcüstanla sərhəddə yerləşən ucqar İtitala kənd tam orta məktəbində qanunsuzluqlar baş alıb gedir: "Məktəbinin direktoru Məhəmməd Mustafayev şagirdlərdən müxtəlif bəhanələrlə hər ay pul yıgır. Müəllimlər vaxtında işə gəlmir, dərslər vaxtında keçirilmir. Yuxarı siniflərdə bir cox şagirdlər dərsə gəlmir, ancaq nədənsə onlara "qayıb" yazılmır. Məktəbdə nizam-intizam aşagı səviyyədədir. Ancaq bu hal məktəb direktorunu narahat etmir. "

Kənd sakinləri adından daxil olan məlumatda daha sonra qeyd olunur ki, Aslan Balayev adına İtitala kənd tam orta məktəbində dərslər Azərbaycan və gürcü bölmələri üzrə tədris olunur. Məktəbdə, ümumilikdə, 370 nəfərə qədər şagird təhsil alır.Məktəbin direktoru Məhəmməd Mustafayev əvvəllər direktor müavini işləyib, sonra direktor təyin olunub. Necə-necə Balakənin təhsil müdirini yola salıb. Hec kim bu direktora "gözün üstə qaşın var" deyə bilmir. Yəqin ki, yeni təyin olunmuş Balakən rayonu üzrə təhsil sektorunun müdiri Elvin Mustafayev tərəfindən göstərilən faktların aradan qaldırılması ücün ciddi tədbirlər görüləcək.

Araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.