Zaqatala rayonunun Qəbizdərə kəndində işıq dirəklərinin bərbad vəziyyətdə olması ilə bağlı sakinlər narazıdırlar.
Shimal.News redaksiyasına daxil olan şikayətlərdə, həmçinin sosial şəbəkələrdə yayılan videoda kənd sakinləri elektrik dirəklərinin aşma təhlükəsi ilə üz-üzə qaldığını, köhnə və yararsız vəziyyətdə olduğunu bildirirlər.
Videoda görünən kadrlarda bəzi işıq dirəklərinin əyildiyi, bəzilərinin isə yerindən oynadığı aydın müşahidə olunur.
Güclü külək və ya pis hava şəraitində dirəklərin aşma ehtimalı daha da artır.
Sakinlərin tələbi kənddə təhlükəsiz və müasir işıq dirəklərinin quraşdırılmasıdır./Qaynarxett.az
OXŞAR XƏBƏRLƏR
Sosial / Siyasət