backend

Göyçayın yeni icra başçısının ziyalı “qulluqçuları” -VİDEO

Göyçayın yeni icra başçısının ziyalı “qulluqçuları” -VİDEO










İşdən azad olunmasından çəkinən şikayətçilər məhkəməyə müraciət edə bilmir

Ziyalı cəmiyyəti sağlam gələcəyə aparan bir yolda əsas vasitədir. Ziyalısı olmayan cəmiyyətdə qüsurlar çox olar. Lakin görünür ki Göyçay başçısı üçün bu heç də belə deyil. Göyçay rayonunda məktəbdə dərs deyən müəllimlər iş günü məcburi şəkildə iməclik işlərinə cəlb olunur. Hüquq müdafiəçisi Taleh Xasməmmədov bizimlə əlaqə saxlayaraq bildirdi ki, “kənd məktəblərində dərs zamanı şagirdlər məktəbdən çıxardılır və məcburi şəkildə əsas ziyalılar olmaqla iməcliyə cəlb olunur.
İşdən azad olunmasından çəkinən şikayətçilər məhkəməyə müraciət edə bilmir. Teleh Xasməmmədov bildirdi ki Göyçay İcra başçısı Ağayev Mübarizə şəxsən müraciət etməsəmdə mətbuat vasitəsiylə ona bildirilib və yenə də o öz əməlindən çəkinmir”.
Xatırladaq ki, ötən süjetlərimizin birində hüquq müdafiəçisi bildirib ki, təxminən 10 gün əvvəl ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Ağayev Mübariz Alı oğlu Göyçay rayon İcra Başçısı vəzifəsinə təyin edildi. Elə həmin gün Mübariz Ağayev 5 000 manatlıq fişəng və 10 nəfər yaxın adamları ilə özünə qarşılama törəni və köhnə başçının yola salınma mərasimi kimi formal mitinq təşkil edib.
“Sakinlər avtovağzal yaxınlığında toplaşarkən onlara qarşı heç bir polis müdaxiləsi olmadı. Çünki tapşırıq belə idi və yeni təyin olunmuş başçı süni də olsa reklam olunmalı idi.(btv)