backend

Elgünün qətli ilə bağlı yeni xəbər – Onlar həbs edilə bilər

18 yaşlı Elgün İbrahimovun ölümü ilə bağlı sosial şəbəkələrdəki bəzi paylaşımlar ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, bir qrup şəxs “biz öldürdük”, “ölməli idi” kimi ifadələr yazıblar. Bu cür şərhlər, hadisənin təfərrüatlarını aydınlaşdırmağa çalışmaqdan çox, vəziyyəti daha da qarışdırıb.

Həmin şəxslər hüquqi məsuliyyətə cəlb oluna bilərmi?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, hüquq-mühafizə orqanları mütləq bunu araşdırılmalıdır:

“Şərhlərin real olub-olmamasını dəqiqləşdirmək üçün onların şəxsiyyəti müəyyən edilməlidir. Cinayət əməli ilə əlaqələri varsa, məsuliyyətə cəlb ediləcəklər. Digər tərəfdən, bu ifadələrdə təhqir, böhtan tərkibi mövcuddursa, xüsusi ittiham qaydasında məhkəməyə müraciət mümkündür. İnzibati Xətalar Məcəlləsinin 388-1 maddəsinə görə, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən məlumatların yerləşdirilməsi və bu cür məlumatların yayılmasının qarşısının alınmaması cəzalandırılır. Bu, müəyyən mənada həmin şərhlərə də aiddir. Buna görə də, yalan məlumatlar yayılarsa, həmin şəxslər haqqında bu maddə əsasında tədbir görülə bilər”.

asim abbasov
Asim Abbasov

Vəkil bildirib ki, qətllə bağlı şərhlər cəmiyyətdə çaşqınlığa səbəb olur, buna görə də həmin şəxslərin ifadəsi alınmalıdır.
Xatırladaq ki, mayın 12-də Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov aldığı ağır kəllə-beyin travmasından xəstəxanada vəfat edib.