Qeyd edək ki, bu yazıda səsləndirilənlər müxtəlif mənbələrdən daxil olan iddia və şikayətlərə əsaslanır və aidiyyəti qurumların rəsmi mövqeyinin açıqlanmasına ehtiyac var.
“Kiçik məbləğ – böyük sistem” problemi
Sürücülərin dediyinə görə, məbləğlərin nisbətən az olması bu halların “adi” və “gözə batmayan” kimi təqdim edilməsinə şərait yaradır. Lakin məsələ təkcə 5–10 manatla bitmir. Gün ərzində onlarla, bəzən yüzlərlə yük avtomobilinin postdan keçdiyini nəzərə alsaq, ortaya sistemli və davamlı qeyri‑qanuni gəlir mexanizmi çıxır.Bu cür halların uzun müddət dəyişmədən qalması isə istər-istəməz belə sual doğurur: bu proses fərdi sui‑istifadədirmi, yoxsa yuxarıdan aşağıya göz yumulmuş bir praktika?
Post rəhbərliyi ilə bağlı suallar
Şikayətlərdə tez-tez postun rəisi kimi Etibar müəllimin adı çəkilir. Vətəndaşların iddialarına görə, postda baş verənlər onun məlumatı xaricində ola bilməz. Bununla belə, burada da hüquqi və etik baxımdan dəqiqlik vacibdir:- Etibar müəllim bu iddialardan xəbərdardırmı?
- Xəbərdardırsa, niyə tədbir görülmür?
- Xəbərdar deyilsə, postda bu cür halların illərlə davam etməsi necə izah olunur?
Ümumiyyətlə Qaradağ postu ətrafında səslənən iddialar artıq təsadüfi narazılıq həddini keçib. Bu, sistemli problemə işarədir və susqunluqla aradan qalxmayacaq. İstər post rəhbərliyi, istərsə də nəzarət orqanları anlamalıdır ki, şəffaflıq tələb yox, zərurətdir.
Bu yazının məqsədi kimisə hədəfə almaq deyil, problemi gündəmə gətirmək və qanunun aliliyinə xidmət etməkdir. Cavab haqqı tanınır və rəsmi mövqe açıqlanacağı təqdirdə, ictimaiyyətlə paylaşılacaq.
Qaynarxett.az












