backend

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin Elmi-Təhdiqat Agciyər Xəstəlikləri İnstitunun təşkilatçılığı ilə Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında "Dərmana Davamlı Vərəm və Digər Rezistent İnfeksiyaların İdarə Olunmasına Müasir Yanaşmalar" mövzusunda elmi - praktiki seminar baş tutub.

Tədbiri giriş sözüylə acan Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasının idarə aparatının rəhbəri və baş həkimi Mirrəhim Nəbiyev qonaqları salamladıqdan sonra Ulu öndərin 20 yanvar və vətən müharibəsi şəhidlərinin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə vərəmlə mübarizənin son illər ölkəmizdə daha effektiv müalicə metodları ilə sağalması ücün aparılan işlərdən vətəndaş məmnunluğunun, tibbi xidmətin əlcatanlığının önəmindən söz acib.

Qeyd edək ki, tədbirdə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Agciyər Xəstəlikləri İnstitunun direktoru T. Ü. F. D İradə Axundova, İnstitun struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak edib. İnteraktiv formada davam edən tədbirdə müxtəlif mövzular müzakirə olunub, suallar cavablandırılıb, sertifikatlar təqdim olunub. Mirrəhim Nəbiyev bu cür seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb və mərkəzlə qonaqları tanış edib. Sonda isə xatirə şəkili çəkilib.


BİA.az