backend

Millət vəkilləri iqtidar-müxalifət dialoqunu pisləyənləri tənqid etdi

Millət vəkilləri iqtidar-müxalifət dialoqunu pisləyənləri tənqid etdi





















İqtidar-müxalifət dialoqunda iştirak etməyib, bu cür əhəmiyyətli idaloqu tənqid edən partiyalar bir daha sübut etdi ki, onlar xalqa bağlı olan qüvvələr deyil

qaynarxett.az xəbər verir ki, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzoviqtidar-müxalifət dialoqu barədə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, cəmiyyət tərəfindən ümumilikdə bu dialoq müsbət qarşılanıb:
“Burada iştirak edən partiyalar ölkənin taleyüklü məsələlərdən tutmuş, siyasi partiyaalrın fəaliyyəti, seçki prosesi ilə bağlı məsələlər müzakirə olunub. Burada səsələnən təkliflər hakimiyyət tərəfindən nəzərə alıbnacaq. Amma bəzi partiyalar yenə də öz mövqelərinə sadiq qalaraq, bu cür toplantıları tənqid edib bu cür əhəmiyyətli tədbirlərə kölgə salamağa çalışırlar. Necə olur bu partiyalar ATƏT və digər taşkilatlarının təşkil etdiyi görüşlərdə canla başla iştirak edirlər. Bu bir daha sübut edir ki, onlar xalqa deyil, xarici qüvvələrə bağlı və onların əlində alətdirlər.”
BXCP sədri Qüdrət Həsənquliyev isə bildirdi ki, bu partiyalar istəklərinə nail ola bilməyəcəklər. “Həqiqətən də bu partiyalar xalqa bağlı deyil, ölkədə antideomkratik abu-hava yaratmağa çalışırlar. Ancaq onlar bu niyyətlərinə nail ola bilməyəcəklər.”
Millət vəkili Fazil Mustafa da iqtidar-müxalifət dialoqunu yüksək dəyərləndirərək bildirdi ki, artıq siyasi mədəniyyətin təməlinin qoyulmasıdır.”Hansısa bu dialoqda iştirak etməyiblər, onlar bir daha bu addımlarının yanlış olduğunu göstərir.”
İqbal Ağazadə də dialoqu əhəmiyyətini qeyd edərək bildirdi ki, bu ancaq dövlətin və millətin xeyrinədir: “Ancaq bu proses davamlı olmalıdır və konkret məsələlər müzakirə olunaraq ortaq mövqeyə gəlməliyik.”
İ. Ağazadə xəstə siyasi məhbus olan İntiqam Əliyevlə bağlı məsələni gündəmə gətirərək bildirdi ki, onun barəsində seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi daha məqsədəuyğundur. O, bu məsələdə parlament rəhbərliyindən dəstək istədi.
Oqtay Əsədov isə bildirdi ki, bu partiyalar hansısa xarici qüvvələr bağlı deyil, əslində kök altındadırlar.