backend

Rövnəq Abdullayev indi də 1000 nəfəri işsiz qoymağa hazırlaşır

Rövnəq Abdullayev indi də 1000 nəfəri işsiz qoymağa hazırlaşır



Dövlət Neft Şirkətində daha bir ixtisar dalğası gözlənilir. qaynarxett.az bildirir ki, bu barədə DİA.AZ-a danışan bilgili qaynağın iddialarından belə aydın olur ki, ARDNŞ Təhlükəsizlik İdarəsində total islahatlar planlaşdırılır.

Mənbə dia.az-a bildirir ki, başında Rəşad Əliyevin dayandığı Tİ-nin təxminən 1000-ə yaxın işçisinin vəzifədən alınması gözlənilir.

Xəbərə görə, hazırda 4000 işçisi olan ARDNŞ Tİ-də ixtisarlar hələ keçən ilin ortalarından gözlənilsə də, müəyyən səbəblərdən ertələnmə olmuşdu. İndi isə aydın olur ki, Rəşad Əliyev məlum neft böhranı ilə əlaqədar ertələnmiş qərarın icrasına vadar olub. Mənbənin söylədikləri: «Neft böhranı səbəbindən ARDNŞ-nin strukturlarında müəyyən ixtisarlar həyata keçirildi. Təbii ki, hansısa idarə ləğv olunursa, onu mühafizə edən qurum da məcburi iş yeri itirir ki, bu da təbii ixtisarları zəruri edir».