backend

Türkiyəli jurnalist Elnur Hüseynovu bir itə bərabər tutdu

Türkiyəli jurnalist Elnur Hüseynovu bir itə bərabər tutdu






















“Türkiyə musiqisi üçün bundan utancverici bir gün olmamışdı”

Türkiyənin Radikal xəbər portalının köşə yazarı Bülent Eriş “O səs Türkiyə” yarışmasının qalibi, azərbaycanlı müğənni Elnur Hüseynovla bağlı “Geçmişte köpek Max, bugün Azeri Elnur” başlıqlı məqalə yazıb.

Bülent Eriş

Türkiyəli jurnalist Elnur Hüseynovu bir itə bərabər tutdu






















qaynarxett.az həmvətənimizə qarşı təhqirlərdən ibarət həmin yazını təqdim edir:

“Türkiyənin ən böyük istedadı bir it olmuşdu, bu gün isə Türkiyənin “O səsi”ni bir azərbaycanlı qazandı.

Əvvəlcədən söyləyim ki, bu yazını çoxsaylı tənqidlərə məruz qalacağımı bilib yazıram.

Max adlı itdən başlayaq. Onu da deyim ki, mən heyvan hüquqları müdafiəçisi, bir insanı sevməyin digər canlıları sevməklə başladığını düşünən adamam. Bununla bağlı bəzi yazılarım da var. Söhbət Maxdan yox, qatıldığı yarışmanın formatından, qarşısına çıxdığı ölkənin insanlarından gedir. Bir ölkənin “İstedad” yarışmasını bir it qazanırsa, məncə burda böyük bir problem olmalı. Birdən desəz ki, “bəs xaricdə hansısa yarışı başqa biri qazandı”, cavabım belə olacaq: Məni xaric maraqlandırmaz, öz ölkəmə baxıram”.

“Ayrı-seçkilik, millətçilik edirsənmi?” söyləsəniz, “Yüzlərcə yazımı təqdim edib bunun belə olmadığını, daha sonra isə bu torpaqlar mənim, xalq mənim, sərhədlər mənim” deyərəm.

“Heyvan ilə insanı qarışdırırsanmı?” desəniz, “Bunu mən yox, yarışmanı hazırlayanlar etmişdi”, - deyə, cavab verərəm.

Maxın birinci olduğu yarışmanı xatırlayırsınız yəqin – bir dəstə iştirakçı var idi: müğənnilər, jonqlyorlar, akrobatlar, idmançılar, rəssamlar və başqaları. “Deməli, onlardan heç biri itdən istedadlı deyildi”.

Bu cümləyə belə cavab verə bilərsiz: “Xalqın gözündə heç biri itdən istedadlı deyildi”. Cavabım isə bu olacaq ki: “Xalq bir itin hamıdan istedadlı olduğu qərarına gəldi”, “bir it bir sənətçidən istedadlı olmaz, amma xalqımız bunu belə qiymətləndirdi”, “heç bir it qədər istedadlı deyildi”.

Qayıdaq “O səs Türkiyə”yə. Çox gözəl səslər, maraqlı hadisələrin yer aldığı yarışda bu il çox qəribə bir şey baş verdi. Türkiyənin, bu torpaqların “O səsini” özgə birisi qazandı. Azərbaycanlı Elnur bu ölkənin 200 övladını geridə qoyaraq, birinci oldu. “Olmaz belə, ayrı-seçkilik, irqçilik edirsən” deyəcəksiz. “Yox, etmirəm, etmərəm, amma Elnur qalib gələ bilməz, qalib gəlməməli idi”, deyərəm.

Dostum, o zaman yarışın adı niyə “O səs Türkiyədir”? Məqsəd bir sektoru dəstəkləməkdirsə, ölkə miqyasında və dünya miqyasında gözəl səsləri ön plana çəkmək deyilmi? Əgər bir dünya yarışması olsa idi, bütün ölkələrdə reklam edilərdi. Yaxşı, xarici ölkələrdə yaxşı səslər var, gəlsinlər, iştirak etsinlər. Amma işin digər tərəfi də var – bir nəfər türkiyəli varmı ki, gedib xarici ölkədə yarışda birinci olsun?

Məqsədlərimizi, milli kimliyimizi, torpaq sevgisini, yurd sevgisini, gələcək inanclarımızı, hər şeyimizi itirdik və itirməkdəyik. Elnurun səsi yaxşıdır, gözəldir, güclüdür – mənə nə? Onun qalib gəlməsinin bu torpaqlara nə faydası var ki, mən onu qəbul edim? Onu birinci edən, SMS yazan yüz minlərin mənəviyyatını mən başa düşə bilmərəm. Türkiyə musiqisi üçün bundan utancverici bir gün olmamışdı.

Həm, Acun-Hökumət-17 Dekabr – Paralel – Rza – Ebru Gündəş – Elnur qatarında səfər edən bir gizli nəzəriyyə var.

Ebru Gündəşin qalib gəlməyinə təəccübləndimmi? Əsla. Mən hardan bilim ki, milyonlarla dollarlıq SMS tək bir nömrədən göndərilmədi? Sübutumuz olmaya bilər, amma ehtimal etmək hüququmuz da var”.

Qeyd edək ki, Max ləqəbli it bir müddət əvvəl Türkiyənin “Yetenek sizsiniz” verilişində qalib elan edilmişdi.