backend

Məşhur iş adamına məxsus "Şəki Yaylası" istirahət mərkəzi "KATİL" OLDU - ADLAR+VİDEO

Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində iki nəfərin ölümü hadisəsi baş verib.
Beləki, rayonda yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov, digəri isə onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramovdur.
PAYTAXT.ORG Mia.az-a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.
Məlumat üçün bildirək ki, "Şəki Yaylası" istirahət mərkəzi Şəkinin Baş Kəldək kəndində yerləşir. İki nəfərin katilinə çevrilən bu istirahət mərkəzində hadisə qurğu trosunun qırılması nəticəsində baş verdiyi bildirilir. Qeyd edək ki, sentyabrın 8-də baş verən dəhşətli hadisədəki mühüm faktlarla bağlı araşdırma aparılır. 
Onuda xatırladaq ki, aylardı işlərinin başında görünməyən, Şəkinin Baş Kəldək kəndində köçən iş adamı  Məhərrəm Novruzov “Qurtuluş-93” yaşayış kompleksinin, Sumqayıt və Masazırdakı çox sayda obyektlərin eləcə də Novxanıdakı “My Beach”,  "Şəki Yaylası" istirahət mərkəzlərnin sahibidir.