backend

“Korrupsiya faktını sübut etmək üçün on, on beş milyonluq villaların bazarda kartoşka kimi satılması kifayət edir”

“Korrupsiya faktını sübut etmək üçün on, on beş milyonluq villaların bazarda kartoşka kimi satılması kifayət edir”















ADP sərdi Sərdar Cəlaloğlunun Qaynar.tv-yə verdiyi müsahibə

“Rusiya artıq əvvəlki iqtisadi gücünü itirib, az müddətdən sonra isə öz siyasi nüfuzunu da itirməyə başlayacaq”

“Mən Milli Şuranı Azərbaycan siyasətinə təsir göstərə biləcək qədər ciddi bir güc kimi görmürəm”

“Nəinki Azərbaycanda korrupsiya var, hətta Daxili İşlər Nazirliyi səviyyəsində anti korrupsiya qurumunun yaranması belə korrupsiyadır”


Azərbaycan Demakrat Partiyasının sədri Sərdar Cəlaloğlu. 1954 – cü ildə Naxçıvanda anadan olub. Orta məktəbi Ordubadda və Bakı şəhərində bitirib. Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. İqtisasca məhkəmə tibbi ekspertizazı üzrə ixtiaslaşmış müttəxəsisdir. 1980 - ci illərdə bəzi qeyri leqal gizli dərnəklərin iştirakçısı olub. 1985 – ci ildə SSRİ –də prestroyka elan edildikdən sonra, gənclərin özünü təşkilatlandırılmasında fəal yardım edib. Naxçıvanın bütün kəndlərində, şəhərində dərnəklər yaradıb. Həmin dərnəklərdə siyasi mahiyətli iş aparıb. Sonradan Qarabağ məsələsi ciddi xarakter alanda həmin dərnəkləri Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstələrinə çeverərək Naxçıvanda Azərbaycan Xalq Cəbhəsini təşkil edib. 1991 ci ildə Azərbaycan Demokrat Partiyasını təsis etib. 1994 – 1996 - cı illərdə Azərbaycan Demokrat Partiyasının sədri, 1996 -2005 - ci illərdə baş katibin birinci müavini, 2005 – ci ildən isə partiyanın sədridir. 2013 - cü ildə Azərbaycan Respublikası Prezidentliyə namizəd olub.

- Sərdar bəy xahiş edirik ilk öncə ölkədəki ictimai - siyasi vəziyyət barədə qısaca da olsa oxucularımıza məlumat verəsiniz.

- Hazırda Azərbaycankı ictimai - siyasi vəziyyət uzunmüddətli durğunluqdan çıxıb. Çünkü bölgədə baş verən siyasi hadisələr, o cümlədən Yaxın Şərqdə, Ukrainada baş verən hadisələr, Risiya – Qərb – Amerika münasibətlərinin kəskinləşməsi Azərbaycanda da siyasi durğunluğu ciddi şəkildə aktivləşdirən xarici faktor kimi çıxış edir. Düşünürəm ki, artıq Azərbaycan da sürətlə siyasi durğunluqdan çıxmağa başlayırıq . Ölkədə siyasi fəallıq artıq meydandadır. Bunun nümunəsi kimi iqtidar - müxalifət arasında dialoqun yaradılmasını misal çəkmək olar. Onuda qeyd edim ki, ölkəmiz artıq ağır siyasi - iqdisadi böhranla üz-üzədir. Və təbii ki, nəticədə Azərbaycanda çox ciddi islahatların aparılması vacibdir. Görürsünüz, iqtidar bir tərəfdən dövlət strukturlarını ixtisara salır, digər tərəfdən dövlət stukturunda işləyən minlərlə insanı işdən azad edir. Bu iqdisadi böhran birazdan manatın məzənnəsinin daha da aşağı düşməsinə səbəb olacaq və biz daha ciddi iqtisadi problemlərlə üzləşəcəyik. Təbii ki, xalqın narazı hissəsi artacaq və ölkədə aşağı təqəbə arasında aktivlik daha da yüksələcəkdir. Bu səbəbdən də mən indi Azərbaycankı ictimai - siyasi vəziyyətin durğunluqdan daha aktiv dövrə keçidi kimi dəyərləndirirəm. Mən indiki vəziyyəti SSRİ – nin 80 – 85 ci illərdə başladığı yenidənqurma dövrünə bənzədirəm. O zaman da siyasi - iqdisadi böhranın nəticəsi SSRİ – in dağılmasına gətirib çıxartdı. Hesab edirəm ki, Azərbaycanda da durğunluqdan sonrakı ictimai - siyasi vəziyyət çox ciddi dəyişikliklərlə müşahidə olunacaq.

- Siz ADP sədri olaraq iqtidar – müxalifət dialoqundan nələri gözləyirsiniz?

- Demokratik prossedurlar bir o qədər də çox deyil. Xüsusilə də siyasi müstəvidə inkişafa nail olmaq üçün 3 mühüm demokratik prossedur var. Biri seçkidir, o biri üsyanlardır, küçə hərəkatlarıdır, üçüncüsü də dialoqdur.
Seçki və küçə hərəkatları çoxluq prinsipinə əsaslanır. Bu səbəbdən tərəflərin hansı formada ünsiyyət yaradacağına ehtiyac qalmır. İlkin prossedur birinci dərəcəli maraqları təmin etməyə xidmət edir. Amma sonrakı mənsələlərin həll edilməsi yolu siyasi dialoqdur. Siyasi dialoq konsensus prinsipinə əsaslanır. Bu müxalifətin – iqtidarın əməkdaşlığını öngörlüyür. Təbii ki, biz Ukraynada və ya Yaxın Şərqdə baş verənləri təhlil etsək görərik ki, iqtidar müxalifətlə dil tapmadığına görə nəinki, hakimiyyət dəyişdi, hətta Ukraynanın bir hissəsi işğal olundu. Yəni hətta Ukrayna təcrübəsi də onu göstərir ki, dialoq olmayan yerdə, xalqın və dövlətin maraqları naminə aparılan mübarizə, xalqa və dövlətə çox böyük itkilərlə başa gəlir. Bu baxımdan hesab edirəm ki, əgər bizim proqnozlarımız özünü doğrultsa, Azərbaycanda ciddi ictimai-siyasi hadisələr baş versə, bu hadisələrin daha ağır nəticələr verməməsi üçün siyasi dialoqa ehtiyac var. Əks halda Ukraynanın taleyi Azərbaycanı da gözləyir.

- Məlumdur ki, 2015 – ci il həm də parlament seçkiləri ilidir. Bu seçkilərdən gözləntiləriniz nədən ibarətdir?

- 2015 ci il parlament seçkiləri dövründə yay olimpiya oyunlarının Azərbaycanda keçirilməsi, ölkədə ağır iqdisadi - siyasi böhranın fövqündə çox ciddi hadisələrin baş verməsi mümkündür. Parlament seçkilərinin əvvəlki seçkilərdən fərqlənəcəyini, müxalifətin əvvəlki illərdən fərqli olaraq parlamentdə daha çox təmsil olunacağına ümüd edirəm.

- Sərdar bəy mümkünsə ölkədə baş verən repressiyalara, siyasi məhbus ailələrinə olan təziqlərə münasibətinizi bildirəsiniz.

- Təbii ki, Azərbaycanda insan hüquqları, demokratikləşmə sahəsində çox ciddi problemlər var. Rusiyanın bölgədə güclü təsirə malik olması və Azərbaycan hakimiyyəti üzərində təzyiqləri qərbin Azərbaycanın demakratikləşdirmək səylərini məhdudlaşdırdı. Bu səbəb Azərbaycan hakimiyyətinə insan hüquqlarını, azadlıqlarını məhdudlaşdırmağa imkan yaratdı. Gördüyünüz kimi Rusiya qərb tərəfindən, Amerika tərəfindən iqtisadi blokadaya alınıb. Rusiya artıq əvvəlki iqtisadi gücünü itirib, bir müddətdən sonra öz siyasi nüfuzunu da itirməyə başlayacaq. Təbii ki, Rusiyanın özündə yaranan iqtisadi böhran həm də siyasi böhrana gətirib çıxaracaq. Nəticədə Rusiyanın əvvəlki illərlə müqayisədə regiona təsir gücü qat-qat azalacaq. Və elə bu gün də görürük ki, Rusiyada olmayan birliklər, təşkilatlar bizdən danışır: Azərbaycanın 7 rayonu qaytarılması, Azərbaycan iqtidarını tərifləmək, Azərbaycanın ünvanına xoş sözlər demək. Halbuki, həmin Jirinovki, həmin Zuqanov, həmin Putin vaxtaşırı Azərbaycanın ünvanına kəskin sözlər deyirdilər. Ermənilərin maraqlarını daha çox müdafiə edirdilər. Bütün bunları Rusiyanın böhranı hiss etməsi kimi dəyərləndirirəm. Ruslar artıq çox ciddi böhrana düşdüklərini hiss edirlər və Azərbaycanla bağlı siyasətlərinə korrektə edirlər. Bu faktları nəzərə alaraq Azərbaycanda insan hüquqlarının pozulması və siyasi məhbus sahəsində yaranmış problemlərin çox qısa müddətdə həllinin tapılacağına ümid edirəm. Siyasi dialoqun məqsədlərindən biri də məhz siyasi məhbus məsələsinin birdəfəlik həlli və ölkənin demokratik inkişafa nail olmasıdır.

- Sərdar bəy Milli Şuranın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Milli Şura keçən prezident seçkiləri ərəfəsində, Rüstəm İbrahimbəyovun təşəbbüsüylə, Maskıvanın dəstəyilə yaradılıb. Məqsəd də həmin dövürdə Rusiyanın Azərbaycana nəzərdə tutuğu siyasət üçün əlverişli zəmin yaratmaq idi. Çox təəssüf ki, həmin zəmin çox müvəffəqiyyətlə hazırlandı və Milli Şuranın aktivliyi dövründə Putin Azərbaycana səfər etdi və 20 milyard dollarlıq layihələr imzalandı. Azərbaycanın bir çox suveren hüquqları məhdudlaşdırıldı. O cümlədən Xəzərdə hərbi gücün saxlanması, Azərbaycan əsgərlərinin Rusiyada hərbi təhsil alması və s. kimi zorla Azərbaycanın boynuna öhdəliklər qoyuldu. Azərbaycan öz əsgərlərini NATO standartlarına uyğun formalaşdırmalıydı. Amma Rusiya Ermənistan-Azərbaycan münaqişəsində bu formatda qabağa getməsi üçün Azərbaycan ordusunun onun öz standartlarına uyğun hazırlanmasına mane olmağa cəhd göstərdi.
Milli Şuranın Azərbaycana xeyri olubsa, zərəri xeyrindən min dəfə çoxdur. İndiki Milli Şura isə o dövürdəki klassik Milli Şura deyil. O zaman onun tərkibində Müsavat partiyası, Eldar Namazov və digər siyasi güclər, siyasi fiqurlar var idi. İndi isə həmin güclər yoxdur. Müstəqil fəaliyyət göstərən siyasi fiqurların çoxu Milli Şuranı tərk edib. Milli Şura Azərbaycan Xalq Cəbhəsi üçün bir dekordur. Milli Şura artıq AXC-nin dekorassiyasıdır. Belə təqdim edirlər ki, guya Milli Şura da bir blokdur, birlikdir. Əslində heç bir blok yoxdur. Milli Şura Azərbaycan Xalq Cəbhəsi üzvlərindən və tərəfdarlarından ibarət bir qurumdur. Heç də təsadüfü deyil ki, Mirmahmud bəy həm Milli Şuranın üzvüdür, həm də başqa bir seçki bloku yaradır. Elə cavanlar da var ki , Milli Şurada iştiraklarını saxlayırlar fəaliyyətlərini isə başqa istiqamətdə qururlar. Mən Milli Şuranı Azərbaycan siyasətinə təsir göstərə biləcək qədər ciddi bir güc kimi görmürəm.


- Müsavat partiyasının Milli Şuradan ayrılmasına münasibətiniz necədir?

- Azərbaycanın son 25 il tarixində, Azərbaycan Xalq Cəbhəsiylə Müsavat partiyası heç vaxt bir arada olmayıblar. Həm Azərbaycan Xalq Cəbhəsinin vaxtında, Əli Kərimlinin rəhbərlik etdiyi yurdçular və İsa Qənbərin rəhbərlik etdiyi qurumla Azərbaycan Xalq Cəbhəsi arasında ziddiyətlər var idi. Bu ziddiyyətlər Əbülfəz Elçibəyi hakimiyyətə gətirdi və devrilməsinin də əsas daxili faktorlardan oldu. AXC hakimiyyətində Yurdçularla Müsavatçıların arasında ciddi dartışma gedirdi. Bu da üçüncü güclərin xeyrinə işlədi və onlar çox asanlıqla bu hakimiyyəti yıxdılar. Ondan sonrakı dövürdəki fəaliyyətlərində bloklarda əməkdaşlıq ediblər. Əməkdaşlıqları da heç vaxt səmimi olmayıb, bir – birinə qarşı qara piar aparıblar. Bir - birilərini nüfuzdan salmağa çalışıblar. Bu səbəbdən də onların uzun müddət əməkdaşlıqları olmayıb. Onlar yalnız Demokratik Konqresdə uzun müddər bir yerdə oldular. Biz ordan çıxandan bir az müddətdən sonra Demokratik Konqres dağıldı, İctimai Palatada da biz təmsil olmamışıq. İctimai Palatanın da cəmi iki il ömrü oldu. Milli Şura da göz qabağındadır. Yəni əslində AXCP ilə Müsavat partiyası heç vaxt bir arada olmayıb. Az-çox olan əməkdaşlıq da siyasi oyun olub, qeyri-səmimi olub, üçüncü gücün vasitəsilə əməkdaşlıq olub. Məsələn 2005-ci ildə Azadlıq blokunda. Orda AXCP, Müsavat, ADP əməkdaşlığı hər kəsə məlumdur. Çünki bunları bir araya gətirən, bir birlikdə mübarizəni birləşdirən üçüncü bir güc lazımdır. Üçüncü güc olmadığı təqdirdə onların bir araya gəlməsi mümkün deyil, onların gücləri bir birinə qarşı yönələcək.

- Sərdar bəy, mümkünsə Azərbaycan Demokrat Partiyasının qarşıda duran vəzifələri barədə qısada olsa məlumat verəsiniz.

- Bu gün Azərbaycanda elə prosseslər gedir ki, heç kim, heç bir partiya qarşıda duran konkret planlarını açıqlaya bilməz. Biz ADP olaraq bu hadisələri izləyib çalışacağıq ki, xalqımızın, dövlətimizin maraqlarına uyğun qərarlar qəbul edək. Hakimiyyətlə dialoqa qoşulmağımızın da fəlsəfəsi bundan ibarətdir ki, getdikcə sosial – iqtisadi vəziyyət gün – gündən ağırlaşır. Ola bilsin hərbi sahədə də gərginləşmə olsun, Rusiya aqressiv hərəkətlərə yol versin. Belə vəziyyət yaranacağı təqdirdə Azərbaycan hakimiyyəti ilə müxalifət bir araya gəlməsi, bir nöqtəyə vurması çox vacibdir. Bir tərəfdən də qarşıda böyük iqdisadi böhran gəlir ki, daxili narazılığın ölkəyə və xalqa zərər verməməsi üçün lazım olan addımları birgə atmaq zəruridir.

- İqdisadi böhranın hakimiyyət-vətəndaş arasında yaranan gərginliyin aradan qaldırılması istiqamətində hansı addımların atılmasını nəzərdə tutursuz ?


- Bu gün bizim Qarabağ blokunun növbəti iclasıydı. Belə qərar qəbul elədik ki, siyasi - iqtisadi böhranla bağlı müxalifətlə iqtidardan ibarət “Böhran qrupu” yaradılsın. Əvvəl böhranın səbəbləri araşdırılsın. Böhranın proqnozlaşdırılması, yəni böhranin nəticələri və istiqamətinin müəyyən edilməsi, böhranın ağır nəticələrinin aradan qaldırılması və nəhayət böhrandan çıxmağın yollarını müəyyən edən birgə yol xəritəsinin hazırlanması nəzərdə tutulsun. Biz bu mövqeyimizi hakimiyyətə bildirmişik. Və təcili Azərbaycanda iqtidar və müxalifətin bir böhran qrupu yaradılmalıdır. Bu böhrandan ilkin olaraq aztəminatlı ailələr olduqca böyük ziyan görə bilər. Bu böhran nəticəsində səhiyyə, mədəniyyət, təhsil və eləcə də bütün sahələrdə kataklizimlər baş verə bilər. Bu böhran nəticəsində kortəbii xalq hərəkatları baş verə bilər, o cümlədən radikal qüvvələr fəallaşa bilər. Bilirsiniz ki, uzun müddət demokratik qüvvələr siyasətdən uzaq saxlanıldığına görə bəzi qüvvələr daha çox radikal qüvvələrin təsiri altındadır. Onların aktivləşəcəyi təqdirdə dövlət də çox böyük itkilər verə bilər. Bu baxımdan Azərbaycan iqtidarı və müxalifətinin əməkdaşlığı çox vacibdir. Baxmayaraq ki, bu böhranın yaranmasının obyektiv səbəblərini çıxsaq, subyektiv səbəbləri bu iqtidarın yanlış siyasətilə bağlıdır. Neft siyasəti düzgün aparılmır, iqtisadi siyasət düzgün deyil. Siyasi inkişafın qarşısının alınması yanlışdır, ölkədə korrupsiyanın, rüşvətin çiçəklənməsi, ölkənin nüfuzunun düşməsi, insan haqlarının, azadlıqlarının boğulması, siyasi partiya sisteminin formalaşdırılmaması və s . bunların hamısı hakimiyyətin yanlış siyasətilə bağlıdır. Amma eyni zamanda böhranın hakimiyyətdən aslı olmayan səbəbləri də var ki, bu da Ukrayna böhranının, Rusiya iqtisadiyatına bağlılıq və Rusiya iqtisadiyatının çökməsinin Azərbaycan iqtisadiyatına ciddi zərər vurmasıdır. Dünyada neftin qiymətinin düşməsi, Azərbaycanın neft gəlirlərinin çox böyük həcmdə azalmasına gətirib. Bu baxımdan biz iqtidarla bu məsələlərin həlli istiqamətində, xüsusən subyektiv amillərlə bağlı böhranın qarşısının alınması ilə bağlı çox ciddi işlər görə bilərik.

- Əyalət məmurlarının mediyaya basqılarını necə qiymətləndirirsiz?

- Orta əsirlərdən başlıyaraq belə bir fəlsəfə, belə bir fikir höküm sürür ki, korrupsiya dövlətin xəstəliyidir və korrupsiya yaşıllıq olmayan yerdə çiçəkləyir, yəni harda qaranlıq, harda örtülük, gizlilik varsa korrupsiya orda çiçəkləyir. Təbii ki, mətbuat həmin hallara işıq salan, aydınlıq gətirən aradan qaldıran vasitələrdən biridir. Bu səbəbdən də həmişə korrupsionerlərin hədəfi azad mətbuat olur. Əslinə baxsaq, korrupsionerləri ifşa etməyə mətbuatın əlində imkanlar azdır. Bilirsiniz ki, bu hakimiyyətin mahiyyəti tamamilə korrupsionerləşdirilib. Bu səbəbdən də, elə bir müstəqil məhkəmə orqanı, elə bir dövlət qurumu yoxdur ki, siz kiminsə korrupsiya faktını orda sübut edə biləsiniz. Bundan da istifadə edən məmurlar onları ifşa edən jurnalistlərə təzyiq edirlər. Korrupsiya faktını sübut etmək üçün on, on beş milyonluq villaların bazarda kartoşka kimi satılması kifayət edir. Bu villaların məmurlara aid olması heç kimə sirr deyil. Yaxşı beş yüz manatla min manat arasında maaş alan məmurun on milyon, beş milyonluq villaları necə çox asanlıqla alıb-satır, rəqabət aparır? Bu o deməkdir ki, nəinki Azərbaycanda korrupsiya var, hətta Daxili İşlər Nazirliyi səviyyəsində Anti korrupsiya qurumunun yaranması belə korrupsiyadır. Korrupsiyaya qarşı heç bir mübarizə aparılmır, əksinə əvvəlki intensevliklə də korrupsiya inkişaf etdirilir. Bunun əsas səbəblərindən biri Nazirliklərin “özəlləşdirilməsidir”. Məsələn, bir nazir hakimiyyətə gəldisə, o nazirliyi bütün dostundan, qohumundan, qardaşından, tanışından düzəldir. Və beləliklə idarənin içində belə daxili müxalifətçilik yaranmır. Məsələn, bir namuslu məmur olsun və o bu nazirlikdə baş verən korrupsiya ilə necə mübarizə apara bilər? Əgər nazirlik ailə şəkilində qurulursa və bu prosses uzun müddətli davam edirsə, o zaman bir qrup ailə cəzasızlıq şəraitində nazirliyin imkanlarından istifadə edir, korrupsiya yaradır və dövlətə çox böyük ziyan vurur. Bu da çox ciddi səbəblərdən biridir. Və çox maraqlıdır ki, korrupsionerlərin hamısının həm parlamendə, həm də hüquq mühafizə orqanlarında, polisdə, prokrorluqda və məhkəmələrdə nümayəndələri var. Yəni iş elə qurulub ki, bir qardaş və ya bir qohum burda korrupsiya eliyir, biri ondan şikayət edərsə o bir qohum orda ona mane olur. Və beləliklə də korrupsiya faktının sübutunun mümkünsüzlüyü meydana çıxır. Bu da məmurlara imkan verir ki, onlara mane olan istənilən şəxsi istənilən formada cəzalandırsınlar. Məhz belə sübutsuzluq şəraiti yarandığına görə məmurları ifşa etmək mümkün deyil. Bu isə jurnalistlərin əleyhinə işləyir. Demakratik şəraitdə jurnalistlərin əsas prinsiplərindən biri müstəqil istintaq aparmaqdır. Xaricdə hətta jurnalistlər müstəqil istintaq aparıb ölüm hallarının üstünü açırlar. Bizdə isə hakimiyyətin cinayətlərini ifşa edən jurnalistləri məhkəmə vastəsilə cəzalandırırlar. Daha sonra isə hakimiyyət özü bu cinayətləri etiraf edir və cinayətkar məmur üzərində məhkəmə qurulur. Məsələn, hansısa jurnalist hansısa məmurun əməllərini ifşa etdiyinə görə ona cinayət işi kəsilir. Bir müddət sonra isə hakimiyyət həmin jurnalistin yazdığı faktlara əsasən həmin məmura da iş kəsir. Məsələn, Əli İnsanovun dövründə biz deyirdik ki, səhiyyədə cinayətkarlıq var, rüşvət var, nə oldu? Sonradan Əli İnsanov həbs olundu, bəs Əli İnsanovu ifşa etdiyinə görə həbs olunan jurnalistlər nə oldu? Onları niyə azad etmədilər? Bax, Azərbaycanda vəziyyət belədir.

Müsahibəni apardı: Ali Rza Muxtar