backend

Türkiyənin qiyamçı prezidenti ömürlük həbsdə öldü - Son dəqiqə

Türkiyənin qiyamçı prezidenti ömürlük həbsdə öldü - Son dəqiqə























Türkiyədə 1980-ci ildə ordu ilə birlikdə dövlət çevrilişi edərək hakimiyyətə gəlmiş, ölkənin 7-ci prezidenti Kenan Evren bu gün dünyasını dəyişib

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, Kenan Evren müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında uzun sürən xəstəlikdən sonra bu gün ölüb.

Kənan Evren 1917-ci ildə anadan olub. Türkiyə Silahlı Qüvvələrinin qərərgah rəisi vəzifəsində çalışıb. 1980-ci ilin 12 sentyabrında dövlət çevrilişi edərək, qanuni hakimiyyəti mənimsəyib. O , dövrün baş naziri Süleyman Dəmirəli hakimiyyətdən devirərək, Türkiyə parlamentini ləğv edib. 1982-89-cu illərdə Türkiyə prezidenti olub.

2004-cü ildə haqqında cinayət işi qaldırılıb və ordugeneralı rütbəsi əlindən alınıb. Məhkəmənin hökmü ilə ömürlük həbs cəzası alıb.

Qeyd edək ki, ömürlük həbs verilən Kenan Evren xəstəliyi ilə əlaqədar Gülhanə xəstəxanasına gətirilmişdi.