backend

Məşhur KVN-şiki döydülər

Məşhur KVN-şiki döydülər














Moskvada naməlum adamlar 50 ilə yaxındır ki, Şən və Hazırcavablar klubunu aparan Aleksandr Maslyakova hücum ediblər

ANS PRESS-in məlumatına görə, onu Şeremetovski küçəsində KVN Evinin yanında vurublar.

Hadisə şahidləri Maslyakovun maşına oturduğu zaman hücüma məruz qaldığını bildiriblər.

Mənbənin məlumatına görə, hücum etmiş şəxs saxlanılıb. Onun şəxsiyyəti və hadisənin motivləri hələ məlum deyil. Şahidlər qeyd edib ki, cinayətkar özünü qeyri-adekvat aparırdı, Maslyakova hücuma qədər oyuna bilet tələb edirdi.

Xatırladaq ki, dünən axşam KVN Evində Premyer-liqanın 1/8 finalının birinci oyunu olub.